Qidalardan əldə edilən enerji, hüceyrənin həyatını davam etdirməsi üçün lazımi əməliyyatları yerinə yetirməkdə bilavasitə istifadə edilə bilməz. Bu enerji əvvəlcə ATF (adenozintrifosfat) adlı xüsusi bir molekulun içində yerləşdirilər. Sonra da hüceyrənin içində baş verən bütün istehsal proseslərində və daşıma əməliyyatlarında istifadə olunar.
Sakit vəziyyətdəki bir insanın gündə təxminən 45 kq ATF molekuluna ehtiyacı var. Ancaq maraqlıdır ki, günün hər hansı bir anında baxıldıqda orqanizmdəki ATF miqdarı 1 qramı keçməz. Bunun səbəbi ATF molekulunun ehtiyyat halında toplanmaması, anlıq istifadə üçün xüsusi paketlər halında hazırlanmasıdır. Ancaq unudulmamalıdır ki, hüceyrədəki həyat bu enerjiyə bağlıdır. Buna görə də, ATF-nin meydana gəlməsi çox sürətli reallaşmalıdır. Necə ki, hər saniyə orqanizminizdəki təxminən 100 trilyon hüceyrənin hər birində, 10 milyon ATF molekulu heç dayanmadan yaradılar.
Bəs bu sürət necə təmin edilər?
Hüceyrə içində enerjiyə ehtiyac olduqda ATF, bünövrəsindəki trifosfat molekulundan sondakını qoparar, yəni enerji paketinin qapağını açar. Sonuncu fosfatın buraxılmasıyla sərbəst qalan enerji hüceyrə içindəki əməliyyatların asanlıqla həyata keçilməsini təmin edər və bu əməliyyat hər an heyrətamiz sürətlə, heç bir ləngimə olmadan davam edər.
Şübhəsiz ki, yalnız atomlardan ibarət olan bir molekulun, hüceyrə içindəki əməliyyatlar üçün ehtiyac duyulan enerji miqdarını müəyyənləşdirməsi və ona uyğun istehsal yürütməsi qeyri-mümkündür. Bu istehsalın ardıcıl şəkildə baş verə bilməsi üçün ən uyğun paketləşdirmə sisteminə sahib olması da təsadüflərin əsəri ola bilməz. Hüceyrəni də, hüceyrə içindəki hər molekulun hərəkətini və istehsalını da yaradan Allah, ATF molekulunu da ən mükəmməl halıyla canlıların xidmətinə vermişdir.