Oturduğunuz yerdən qalxıb yeriməyiniz, ayaq üstə dayanmağınız, nəfəs almağınız, gözlərinizi yumub-açmağınız, bir sözlə, həyatda olmağınız üçün lazım olan enerji, hüceyrələrinizdəki mitoxondri adlı stansiyalarda istehsal olunar. Buradakı stansiya bənzətməsinin şişirdilmiş olmadığı mitoxondridə baş verən əməliyyatlar araşdırıldığında açıq şəkildə görüləcək.
Hüceyrədə enerji istehsalında baş rolu oksigen oynayar. Oksigenin bir çox köməkçisi var. Enerji istehsalının demək olar ki, hər mərhələsində bir çox fərqli ferment fəaliyyətə keçər. Bir mərhələdə vəzifəsini tamamlayan fermentlər olduqca şüurlu hərəkətlə, növbəti mərhələdə yerlərini başqalarına təhvil verərlər. Beləliklə də, onlarla ara əməliyyat, bu əməliyyatlarda fəaliyyətə keçən yüzlərlə fərqli ferment və saysız kimyəvi reaksiya sayəsində qidalarda toplanan enerji hüceyrənin işinə yarayacaq hala gətirilər. Bu ferment dəyişiklikləri əsnasında heç bir qarışıqlıq yaşanmaz, ardıcıllıqda heç bir dəyişiklik olmaz; bütün işçilər çox intizamlı qrup halında işlərini davam etdirərlər.
Bu halıyla millimetrin 100-də bir hissəsi böyüklüyündəki hüceyrələrimizin içindəki "enerji stansiyası"nın, bir neftayırma zavodundan və ya bir hidroelektrik stansiyasından daha mürəkkəb olduğunu söyləyə bilərik.
Bir neftayırma zavodu, neftin nə olduğunu bilən, xam nefti laboratoriya şərtlərində analiz etmiş və bu texniki məlumatlar əsasında hərəkət edən mühəndislər tərəfindən inşa edilər və işlədilər. Neftin nə olduğunu bilməyən insanların bir neftayırma zavodu inşa edə biləcəklərini düşünməksə qeyri-mümkündür.
Neft istehsalından olduqca mürəkkəb olan canlı hüceyrəsindəki enerji istehsalı da eynilə bilik tələb edir. Amma bir hüceyrənin öyrənmə qabiliyyətinin olduğunu iddia etmək, əlbəttə ki, gülüncdür. O zaman belə bir istehsalı hüceyrə necə həyata keçirir?
Sözün düzü, heç bir hüceyrə bioloji bir funksiyanı, sözün əsl mənasında "öyrənmə" imkanına sahib deyil. Əgər hüceyrə ilk yarandığı anda belə bir funksiyanı yerinə yetirə bilmirsə, daha sonra bunu bacara biləcək qabilliyəti əldə etmək şansı yoxdur. Çünki enerji istehsalında baş rol oynayan "oksigen"in hüceyrə üzərində korlayıcı təsiri var. Hüceyrə bu xüsusiyyətlərlə birlikdə yaranmaq məcburiyyətindədir. Bu vəziyyət, hüceyrələrin təsadüfən yaranmış ola bilməyəcəklərinin, Uca Allahın onları bir anda yaratdığının dəlillərindən təkcə biridir.
Allah millimetrin 100-də bir hissəsi qədər kiçik bir yerə sığdırdığı bu sənət nümunəsiylə bizə sonsuz gücünü göstərir.