Darvinistlərin iddiasına görə bütün canlılar nəzarətsiz təsadüflər nəticəsində meydana gəlmişdirlər. Ancaq orqanizmimizdəki minlərlə mürəkkəb sistem bu təsadüf sözünü yalanlayır. Bunlardan biri, tək vəzifəsi hüceyrəni hərəkət etdirmək olan kirpiklərin quruluşundakı minlərlə təfərrüatdır.
Bəzi hüceyrələr kirpiklərə bənzəyən vasitə ilə hərəkət edərlər. Məsələn, tənəffüs yollarındakı sabit hüceyrələrin hər biri yüz kipriyə malikdir. Kirpiklər eynilə avarçəkənlər kimi eyni anda hərəkət edərək, hüceyrənin irəliləməsini təmin edərlər.

Yuxarıda çox qısa şəkildə və sadə sözlərlə yekunlaşdırdığımız bu hissəciklər tək bir kipriyi meydana gətirir və tək hədəfləri orqanizminizdəki trilyonlarla hüceyrədən birini hərəkət etdirməkdir. Bu günə qədər yaşamış və hələ də yaşayan bütün insanların tənəffüs hüceyrələrinin hər birində belə təfərrüatlı bir sistem var. Üstəlik, bu mürəkkəb və bir çox hissədən ibarət olan sistem, gözlə görə bilməyəcəyimiz qədər kiçik hüceyrənin içindəki bir kipriyin daha da kiçik bünövrələridir. Belə bir müqayisə aparmaqla nə qədər kiçik bir yerdən bəhs edildiyini daha yaxşı anlaya bilərsiniz: yuxarıda qeyd olunan təfərrüatların tək bir saç telinə sığışdırılması insanın qavramayacağı qədər mürəkkəb bir əməliyyat olardı. Ancaq qeyd olunanlar tək bir saç teli ilə müqayisə edilə bilməyəcək qədər kiçik strukturlardır. Allah bizim gözlə görə bilməyəcəyimiz qədər kiçik bir yerə, olduqca sistemli və mürəkkəb bir mexanizm yerləşdirmişdir. Təsadüflərin bir hüceyrəni hərəkət etdirməyi düşünüb, belə bir sistemi yaratmaları və bu qədər kiçik bir yerə sığışdırmaları qeyri-mümkündür.