Hamımız yuxarı sinif və ya universitet illərində insanın yaranması barədə məlumatlar öyrənmişik. Bu məlumatlara görə, əvvəlcə bir ət parçası halındakı rüşeym vaxt keçdikcə müəyyən forma qazanır, hüceyrələrin bir hissəsi qolları, bir hissəsi daxili orqanları, bir hissəsi isə gözləri meydana gətirmək üçün bölünürlər. Hər bir hüceyrə gedəcəyi yeri, hansı orqanı meydana gətirəcəyini, nə qədər çoxalacağını, nə vaxt dayanacağını bilir. Lakin aşağıdakı qeyd olunanlar, bizə rüşeymin forma qazanması əsnasında başqa bir heyrətamiz məlumatı verir:
Bir rüşeymin müxtəlif orqanlarına aid hüceyrələri (mühitdəki kalsium miqdarını azaldaraq) ayırsaq, daha sonra müxtəlif orqanlara aid bu hüceyrələri əlverişli mühitdə yaxşı şəkildə qarışdırsaq, bu hüceyrələr təkrar bir-birləri ilə təmas etdiklərində eyni orqana aid hüceyrələr bir-birlərini tanıyarlar və hər orqana aid hüceyrələr ayrı qruplar meydana gətirərlər. (Prof. Dr. Ahmet Noyan, Yaşamda ve Hekimlikte Fizyoloji, Meteksan Nəşriyyat, Ankara, 1998, 10-cu nəşr, səh. 40)

Yəni hüceyrələri əvvəlcə bir-birindən ayırıb, sonra yenidən birləşdirsək, eyni orqanı meydana gətirəcək hüceyrələr bir-birlərini tanıyacaq və yenidən birləşəcəklər.
Bəs beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan bu hüceyrələr bir-birlərini necə tanıyırlar? Müxtəlif molekulların birləşməsi nəticəsində yaranan bu ağıl, şüur sahibi olmayan varlıqlar digər hüceyrələr arasından öz növündən olan hüceyrəni necə seçirlər? Sonradan birləşib bir orqanı meydana gətirəcəklərini haradan bilirlər? Şüursuz molekulların göstərdikləri böyük şüurun mənbəyi nədir?…

Bu şüurun mənbəyi bütün kainatı yoxdan yaradan, aləmlərin Rəbbi olan Allahdır.