Orqanizmimizdəki sinir hüceyrələri bir tor kimidir. Bu tor üzərində beyin və orqanlar arasında saysız əmr və xəbərdarlıq gedib-gələr. Lakin bütöv bir bir tor deyil, əvvəlki səhifələrdə bildirdiyimiz kimi sinir hüceyrələri arasında boşluqlar var. Bir mesaj bu boşluqlara çatdıqda elektron daşıyan fermentlər mesajı digər sinir hüceyrəsinə ötürərlər.
Elektronları daşıyan fermentlər yüklərini buraxdıqdan sonra digər sinir hüceyrəsi ucunun önündə sərbəst qalarlar. Lakin orada yığıldıqları vaxt, arxadan gələn digər elektron yüklü fermentlərin yolunu kəsəcəklər. Belə olduqda isə, elektrik siqnalları digər sinir hüceyrəsinə ötürülməyəcək və hərəkət dayanacaq. Lakin belə bir problem yaşanmaz. Çünki "asetilxolinesteraz" adlı xüsusi bir ferment, sinir hüceyrəsinin ucu qarşısında toplanan kimyəvi maddələri parçalayaraq oradan uzaqlaşdırar. Yəni bir mənada "ortalığı süpürər". Bu sayədə, arxadan gələn elektron daşıyıcıların qarşısı daima açılıb təmizlənər. Ən kiçik bir ləngimə, kəsilmə baş verməz.
Məhz orqanizmimizdəki on minlərlə fərqli fermentdən təkcə "asetilxolinesteraz" çatışmasa yaşamağımız qeyri-mümkün olar. Çünki bu müəyyən mənada bütün orqanizmin elektrikinin kəsilməsi deməkdir.
Hər bir insan burada dayanıb özünə bu sualı verməlidir: canlı orqanizmində ən kiçik bir incəliyin belə unudulmaması üçün mükəmməl sistemlər yaradan, heç bir şüuru, məlumatı və iradəsi olmayan molekulları ən uyğun və ən ağıllı reaksiyanı verəcək şəkildə proqramlaşdıran kimdir?
Bütün bu ağıl, məlumat və mükəmməl əsərin sahibi qətiyyən təsadüflər deyil. Təkamülçülər bu suallar qarşısında məcburiyyət qarşısında, səssiz və cavabsız qalırlar. Çünki hər fermenti yaradan, hər birinə vəzifəsini bildirən, həyatı mükəmməl formasıyla yoxdan yaradan Uca Allahdır.
Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam surəsi, 102)