İnsan beyni bir çox işi eyni anda yerinə yetirə biləcək sistemə malikdir. Məsələn, bir insan, beynindəki mükəmməl struktur vasitəsilə bir tərəfdən avtomobilini idarə edərkən, digər tərəfdən avtomobil maqnitofonunu nizamlaya bilər, eləcə də, həmin vaxtı sükanı da rahatlıqla idarə edə bilər. Bir çox işi eyni anda görməsinə baxmayaraq, önündəki avtomobillərlə toqquşmaz və ya piyadalara dəyməz. Eyni anda, ayaqlarıyla qaz pedalını basa bilər. Radio dinləyərkən deyilənləri də tam şəkildə anlaya bilər. Sözünə qaldığı yerdən davam edə bilər. Bir sözlə, bir insan, beyninin görünməmiş potensialı sayəsində eyni anda bir çox işi görə bilər. Bu uyğunluğu təmin edən isə beyindəki sinir hüceyrələrinin bir-birləri ilə olan əlaqələridir.
Beyindəki mükəmməl sistemi meydana gətirən ən əhəmiyyətli faktorlardan biri, sayları 10 milyarda yaxın olan sinir hüceyrələridir və bu hüceyrələr arasındakı məlumat axımını təmin edən 100 trilyon əlaqədir. 100 trilyon çox böyük saydır. Bu sayın böyüklüyünü biokimya professoru Mişel Denton (Michael Denton) belə ifadə edir:
"Əlbəttə ki, 100 trilyon qavraya bilməyəcəyimiz bir ədəddir. ABŞ ərazisinin yarısı böyüklüyündə bir ərazi təsəvvür edin. Əgər bütün bu ərazinin ağaclarla əhatələndiyini və hər ağacın 10 min yarpağı olduğunu qəbul etsək, məhz bütün bu sahədəki yarpaq sayı, beynimizdəki əlaqələrin sayına yaxın olacaq".
Beynimizdəki fövqəladə vəziyyət əlaqələrin sayıyla da bitməz. Çünki bu 100 trilyon əlaqənin hamısı olması lazım olan yerdədir. Əgər bu əlaqələrdən hər hansı biri səhv bir yerdə olsaydı və ya bu torda bir çatışmazlıq olsaydı, bunun nəticələri çox ağır olardı. Lakin belə bir şey olmaz və müstəsna xəstəliklər istisna olmaqla bütün insanlar, özlərinə normal gələn, lakin əslində ardında trilyonlarla möcüzəvi əməliyyatın heç dayanmadan baş verdiyi bir həyatı davam etdirərlər.
Darvinistlər isə, bu 100 trilyon əlaqənin təsadüflər nəticəsində meydana gəldiyini iddia edərlər. Yəni onların bu iddialarına görə, insan orqanizmini meydana gətirən 100 trilyon hüceyrədən 10 milyardı necə olubsa, sinir hüceyrələri olmağa qərar verərək öz forma və xüsusiyyətlərini dəyişdiriblər. Göstərdikləri möcüzələr bununla da kifayətlənməmiş, aralarında 100 trilyon əlaqədən istifadə edərək bir-birlərinə mükəmməl şəkildə bağlanmışlar. Eləcə də, bu 100 trilyon əlaqədən birinin belə çəkildiyi xətt səhv olmamışdır. Darvinistlərin bu iddiaları, İstanbul kimi bir şəhərin bütün elektrik şəbəkəsinin, bir gecə qopan fırtına vaxtı təsadüfən meydana gəldiyini və elktrikin, tək bir ev belə kənarda qalmamaqla, bütün evlərə çatdığını iddia etməkdən daha məntiqsizdir. Bütün bu mükəmməl sistemi yaradan və ona nəzarət edən üstün bir güc sahibinin varlığı açıq-aydın bir həqiqətdir. Bu güc sahibi hamımızın Yaradıcısı olan Allahdır.