Orqanizminizdəki təxminən 200 fərqli tipdəki hüceyrə, yalnız bir neçə cəhətdən bir-birlərindən fərqlənir. Bu fərqlərin ən mühümlərindən biri də formalarıdır. Sinir hüceyrələri, əzələ hüceyrələri, qan hüceyrələri və s. Bunların hamısı təməldə eyni mexanizmlərə sahib olmalarına baxmayaraq, formalarındakı mükəmməl dizayn sayəsində vəzifə yerinə yetirdikləri yerdə ən böyük səmərəni götürəcək şəkildə fəaliyyət göstərərlər.

Müxtəlif formalara sahib hüceyrələrdən iki nümunə sinir və qan hüceyrələridir. Sinir hüceyrələrinin onurğa iliyindən ayağa qədər uzanan təxminən 1 metrlik çıxıntıları var. Bu sayədə siqnallar bir hüceyrədən digərinə keçərək heç bir vaxt itkisi olmadan tək bir xətt üzərindən sürətlə gedəcəkləri yerə çatarlar. Qan hüceyrələri isə, sinir hüceyrələrinin əksinə olaraq, yalnız 7 mikrometr uzunluğundadırlar. Belə kiçik bir ölçüyə sahib olmaları, onların mikroskopik ölçüdəki kapilyar damarlarda ilişib qalmadan keçə bilmələrini təmin edər. Həmçinin kiçik bir diski xatırladan bu hüceyrələrin hər iki üzünün də batıq olması onların oksigen-karbon alış-verişi üçün maksimum sahəyə sahib olmalarını təmin edər. Bu hüceyrələrin milyonlarlasının hər mm3 qanda olduğunu düşünsəniz, qaz alış-verişinin edildiyi səth sahəsinin böyüklüyünü təxmin etmək heç də çətin olmaz.

Göz və qulaqlarınızdakı hüceyrələr də formaları etibarilə xüsusiləşiblər. Daxili qulaqdakı ilbizdə kiçik kirpiklərdən ibarət hüceyrələr var. Bunlar səs dalğalarının təsiriylə titrəyər və qulağın içindəki mayenin dalğalanma təzyiqini sinir xəbərdarlığına çevirən bir vəzifəni yerinə yetirərlər. Gözdəki işığa həssas torlu qişa hüceyrələri də vəzifələrini ən yaxşı şəkildə yerinə yetirə biləcək şəkildə dizayn ediliblər. Torlu qişadakı kolbacıqlarda işığa həssas piqmentlər və sinir əlaqəsini daşıyan çox sayda membran var. Bu nizam hər bir kolbacığa işığa qarşı yüksək həssaslıq qazandırar.

Nazik bağırsaqda da vəzifəsinə uyğun formaya sahib, qidaları əmən hüceyrələr var. Hər hüceyrənin üst hissəsi mikroxovcuq adlanan mikro ölçüyə malik yüzlərlə kirpiklə örtülmüşdür. Bu kirpiklərin üzərindəki daşıyıcı molekullar qidalardakı yararlı hissələri qəbul edib, yararsızları qəbul etməzlər. Beləliklə də, qidaların həzm prosesinin bir mərhələsi daha baş verər.

İnsanın bütün hüceyrələrinin tək bir hüceyrənin bölünərək çoxalmasından meydana gəldiyi unudulmamalıdır. Hüceyrələrin fəaliyyətləri üçün ən uyğun formanı özləri seçdikdən sonra, hələ orqanizm meydana gələrkən bu formaya ahib olduqlarını düşünmək tamamilə məntiqsizlikdir. Bütün bunlar bizə hüceyrələri, funksiyalarını ən səmərəli meydana gətirə biləcəkləri şəkildə, sonsuz ağıl sahibi Allahın yaratdığını açıq şəkildə göstərir.