Tək bir fermentin çatışmazlığı nəticəsində insan nəsli yox ola bilər. Bunu görmək üçün yalnız bir nümunə kifayətdir…
Sinir hüceyrələri orqanizmimizi bir tor kimi əhatə edər. Bu sinir şəbəkəsi üzərində daimi məlumat axımı baş verir. Sinir hüceyrələri boyunca hərəkət edən elektrik siqnalları, beyin və orqanlar arasında hər an saysız əmr və xəbərdarlıq daşıyırlar.
Lakin sinir hüceyrələri orqanizmin bir ucundan digər ucuna uzanan bütöv kabel şəklində deyillər. Uc-uca bağlanıblar, lakin aralarında boşluqlar var. Bir-birlərinə belə dəyməzlər.
Bəs elektrik cərəyanı bir sinir hüceyrəsindən digərinə necə keçir?
Məhz bu məqamda çox mürəkkəb bir kimyəvi sistem fəaliyyətə keçər. Sinir hüceyrələri arasında xüsusi bir maye var və bu mayedə çox xüsusiləşmiş bəzi kimyəvi fermentlər var. Bu fermentlərin "elektron daşımaq" kimi fövqəladə xüsusiyyətləri var. Elektrik siqnalı bir sinir hüceyrəsinin ucuna çatdıqda, elektronlar bu fermentlərə yüklənər. Fermentlər də neyronlararası (sinir hüceyrələri) mayedə üzərək daşıdıqları elektronları digər neyrona ötürərlər. Elektrik siqnalı da, bu yolla növbəti neyrona keçərək hərəkət etməyə davam edər. Bu əməliyyat saniyənin çox kiçik hissəsində baş verər və elektrik siqnalının hərəkəti qətiyyən kəsilməz. Görüldüyü kimi, insan orqanizmi bütün hissələriylə birlikdə mövcud olsa da, tək bir ferment çatışmadıqda belə insan adlı bir canlının mövcud olmaması və ya o canlının funksiyalarını yerinə yetirə bilməməsi üçün kifayətdir. Eyni vəziyyət digər minlərlə fermentdən hər hansı birinin çatışmadıqda da yaranar. Nəticədə bir canlının, təkamülün iddia etdiyi kimi milyonlarla il ərzində kortəbii təsadüflər nəticəsində tamamlanmağı gözləyə biləcək imkanı yoxdur.
Ortada tək bir həqiqət var, insan da daxil olmala, bütün canlılar, hazırkı mükəmməl və bütöv strukturlarıyla birlikdə bir anda meydana gəliblər, yəni Allah tərəfindən mükəmməl şəkildə yaradılıblar.