Trombin, fibrinogeni fibrin liflərinə çevirərək qanı laxtalandıran bir zülaldır. Ancaq, bu zülal daim qanda hərəkət etməsinə baxmayaraq, həmişə qanı laxtalandıraraq axımını dayandırmaz. Yalnız damarlardan birində qanaxma baş verdikdə laxtalanma prosesinin getməli olduğunu anlayar və qanı laxtalandırar. Əgər trombin hər vaxt qanı laxtalandırsaydı, qandakı trombin zülallarından ötrü damarlardakı bütün qan laxtalanar və canlı yaşaya bilməzdi. Bəs trombin laxtalandırma xüsusiyyətini yalnız lazım olduğu vəziyyətlərdə necə bir anda qazana bilir?
Trombin əsasən, qanda qeyri-aktiv vəziyyətdə olan protrombin halında mövcuddur. Qeyri-aktiv olduğu üçün laxtalanma vəzifəsini yerinə yetirə bilməz, beləliklə də, canlı, nəzarətsiz laxtalanmanın ölümcül təsirlərindən qorunmuş olar.
Bir yaralanma hadisəsi, yəni qanaxma baş verdikdə protrombini aktivləşdirib gətirərək, trombinə çevirən nədir?
Stüart Prauer faktoru adlandırılan bir zülal protrombinə təsir göstərər və onu laxtalandırmağı həyata keçirən trombinə çevirər. Lakin Stüart Prauer faktoru da qanda qeyri-aktiv vəziyyətdə olar və fəaliyyətə keçməsi üçün aktivləşdirilməlidir.
Bu məqamda sanki bir yumurta-toyuq ssenarisiylə qarşılaşarıq. Stüart Prauer faktorunun hərəkətə keçməsi üçün akselerin adlı başqa bir zülal lazımdır. Akselerin vasitəsilə Stüart Prauer faktoru aktivləşər və aktiv Stüart Prauer faktoru, protrombini trombinə çevirər və beləliklə də, canlının qanaxması dayandırılar. Lakin buna diqqət yetirin: əslində akselerin də əvvəlcə qeyri-aktiv vəziyyətdə olan proakselerin halındadır. Bəs onu nə aktivləşdirər? Trombin!
Lakin xatırladığınız kimi, trombin bu zəncirvari prosesdə, proakselerinin dayandığı yerdən daha aşağıdadır. Belə olan halda, akselerin ifrazında rol oynayan trombin, nəvənin nənədən əvvəl dünyaya gəlməsinə bənzəyər. Necə ki, Stüart Prauer faktorunun protrombinə çox yavaş sürətdə təsir göstərməsindən ötrü, qanda həmişə müəyyən miqdarda trombin olar. Dolayısilə, bu az miqdardakı trombin əvvəlcə akselerini aktivləşdirər və daha sonra laxtalanma üçün lazım olan zülalların hər biri domino daşları kimi adi hərəkətə keçər və qan laxtalanar.
Bura qədər deyilənlər laxtalanmayla əlaqədar olduqca səthi məlumatlardır. Onlarla hissənin bir-birindən asılı şəkildə funksiya yerinə yetirdiyi və birinin belə bir dəfə belə vəzifəsini ləngitmədiyi belə bir sistemin təsadüflər nəticəsində meydana gəldiyini iddia etmək, şübhəsiz ki, bir insanın həyatı boyunca qarşılaşa biləcəyi ən məntiqsiz, ən ağılsız iddiadır.
Lakin təkamülçülər canlıların, laxtalanma da daxil olmaqla, bütün sistemləriylə birlikdə təkamül yoluyla mərhələli şəkildə yarandıqlarını iddia edərlər. Halbuki, laxtalanma hadisəsində də görüldüyü kimi, bütün zülallar və fermentlər, laxtalanmanın baş verə bilməsi üçün bir-birindən asılıdır və biri olmadan digərləri heç bir işə yaramaz, hətta canlının ölümünə səbəb olar. Dolayısilə, canlının yarımçıq işləməyən laxtalanma sistemiylə, digər hissələrin tamamlanmasını gözləmək şansı və vaxtı olmayacaq və dərhal yox olacaq. Nəticə etibarilə də, bu tək nümunədən də, canlıların təkamül yolu bir-birlərindən törədiklərini iddia etməyin ağılsız, qeyri-elmi və məntiqsiz olduğu açıq şəkildə görülür. Üstəlik, canlların orqanizmləri bunun kimi yüzlərlə bir-birinə bağlı sistem vasitəsilə varlığını davam etdirər.
Bütün bu sistemlərin Yaradıcısı, Allahdır.