Hər kəs, barmağını bıçaq kəsdikdə qanının qısa müddətdə laxtalanaraq, qanaxmanın dayanacağını bilir. Bəs bu qədər qısa müddətdə laxtalanma prosesi necə gedir, orqanizmimizdə nələr baş verir?
Laxtalanma hadisəsi, eynilə, avtomagistral yolda baş verən bir qəzaya təcili çağırış nəticəsində yetişən patrul əməkdaşları və təcili yardım maşınlarının, etdikləri ilk yardımlarını xatırladan bir hadisədir.
Orqanizmin hər hansı hissəsində qanaxma baş verdikdə ilk kömək trombosit adlandırılan qan lövhəciklərindən gələr. Trombositlər qanda dağınıq halda hərəkət edərlər, bunfdan ötrü də, qanaxma orqanizmin hansı hissəsində yaransa, mütləq o hissəyə yaxın, patrul çəkən bir trombosit olar.
"Von Villebrand" adlı bir zülal isə, qəza yerini işarələyərək kömək istəyən bir yol polisi kimi, trombositləri gördükdə qarşılarını kəsər və hadisə yerində qalmalarını təmin edər.
Hadisə yerinə gələn ilk trombosit, eynilə bir radioqəbuledici vasitəsilə kömək istəyirmiş kimi, bir maddə ifraz edərək, digərlərini də hadisə yerinə çağırar.
Bu vaxt, orqanizmdə mövcud olan 20 ferment bir yerə toplanaraq yaranın üzərində trombin adlı bir zülal ifraz etməyə başlayarlar. Trombin yalnız açıq yaranın olduğu yerdə ifraz olunar. Bu, hadisə yerində olan ilk kömək dəstəsinin, xəstə üçün lazım olan dərmanı hadisə yerində hazırlaması kimi bir hadisədir. Üstəlik, bu maddədən tam ehtiyac duyulan qədər ifraz olunmalıdır. Həmçinin bu zülal tam vaxtında ifraz olunmağa başlamalı və ifrazı tam vaxtında dayandırılmalıdır. Başlama və dayandırma əmrini bu zülalı ifraz edən fermentlər öz aralarında verərlər.
Kifayət miqdarda trombin zülalı ifraz olunduqdan sonra fibrin lifləri adlı saplar əmələ gətirilər. Bu sapların çox mühüm bir vəzifəsi var: qanın üzərində bir tor meydana gətirərlər və gələn trombositlər bu tora ilişərək toplanarlar. Bu kütlə artdıqda isə, qanın çölə axını dayanar. Yara tamamilə yaxşılaşdıqda qan laxtası yenə bənzər əməliyyatlarla yox edilər.
Burada bəhs edilən fermentlər, zülallar, cansız, şüursuz, kor atomların müxtəlif formalarda düzülmələrindən meydana gəlmiş strukturlardır. Bunların hər biri, yaralanma hadisəsinin ən başından etibarən bir vəzifə boynuna götürərək, ən təcili şəkildə axan qanı dayandırmaq üçün "təşkilatlanarlar". Ortaq fəaliyyətlə dərman hazırlayırmış kimi lazımi zülalları "ifraz edərlər", kömək üçün digərlərinə "xəbər göndərərlər". Digərləri isə xəbərin mahiyyətini "anlayıb" dərhal hadisə yerinə "gələr" və hər biri vəzifələrini tam şəkildə yerinə yetirər.
Unudulmamalıdır ki, burada haqqlarında "təşkilatlanarlar", "ifraz edərlər", "xəbər göndərərlər", "anlayarlar" və s. kimi sözlər işlətdiyimiz varlıqlar yalnız şüursuz atomların birləşməsiylə meydana gələn fermentlərdir. Bu atom yığınlarının belə şüur göstərməsi isə, şübhəsiz ki, çox böyük möcüzədir.
Belə bir sistemin, canlı varlıqların orqanizmində təsadüfən meydana gəlməsi qətiyyən mümkün deyyil. Hər incəliyi ayrı bir plan və hesablama məhsulu olan bu sistem, Allahın sonsuz elminin, ağlının və gücünün bir göstəricisidir. Bu sistemin təsadüfən meydana gəldiyini iddia etməksə, darvinistlərin məntiqsizliyini göstərmək baxımından olduqca ibrətamiz bir hadisədir.