İnsan orqanizminə hər gün çox sayda mikrob daxil olar. Müdafiə sistemi bunları dərhal təsirsiz hala gətirməyə çalışar. Lakin yox edilə bilməyən bəzi mikroblar və yad cisimlər qan dövranı sisteminə daxil olaraq, təhlükə meydana gətirə bilərlər. Bu cür mikroblara "antigen" deyilər. Müdafiə sistemi hüceyrələri antigenlərə qarşı "anticisim" adlandırılan maddələr ifraz edərək onları yox etməyə və ya çoxalmalarının qarşısını almağa çalışarlar.

Anticisimlərin sahib olduqları ən əhəmiyyətli xüsusiyyət, təbiətdəki yüz minlərlə bir-birindən fərqli mikrobu tanıyıb, özlərini onları yox etməyə hazırlaya bilmələridir. Lakin əsl maraqlı şey, laboratoriyada yaradılaraq insan orqanizminə yerləşdirilən süni antigenləri belə tanıyan anticisimlərin olmasıdır.

Bir hüceyrə yüz minlərlə fərqli yad hüceyrəni necə tanıya bilər? Üstəlik, süni şəkildə ifraz olunan bir maddə barəsində də, necə məlumat sahibi ola bilər? Anticismin orqanizmdəki antigenləri müəyyən yolla tanıdığını qəbul etsək də, daha əvvəl qətiyyən qarşılaşmadığı bir antigeni tanıya bilməsi çox təəccüblüdür. Üstəlik, anticisimlər orqanizmə yeni daxil olan bu yad maddəni dərhal tapdıqları kimi, yad maddəyə qarşı istifadə ediləcək təsirli silahları da dərhal müəyyənləşdirib hazırlaya bilərlər. Orqanizm daxilindəki bir mexanizmin xarici dünya barəsində bu cür heyrətamiz məlumata sahib olması, əlbəttə ki, təsadüflərlə açıqlana bilməz. Bu vəziyyət, təkamülçüləri böyük çıxılmaz vəziyyətə salır. Antcisimlərin orqanizmdəki istənilən yad cismi müəyyənləşdirib tapma xüsusiyyətinə öz nəzəriyyələrinə uyğun açıqlama gətirə bilməyən təkamülçülər olduqca məntiqsiz və elmdən kənar açıqlamalarla məsələni ötüşdürməyə çalışarlar. Bir anticismin süni bir antigeni tanıması məsələsiylə əlaqədar təkamülçü elm adamlarından Əli Dəmirsoyun sözləri bu mövzuya aid bir nümunədir:
Lakin iyirminci əsrdə süni şəkildə sintez edilən kimyəvi bir maddəyə qarşı anticisim yaratma mexanizmini xeyli əvvəldən meydana gətirmiş bir hüceyrə kahindir. (Prof. Dr. Ali Demirsoy, Kalıtım ve Evrim, Meteksan Yayınları, Ankara, 1995, s. 420)

Prof. Dəmirsoyun ifadəsində də görüldüyü kimi, təkamülçülər canlılardakı mükəmməlliyi qəbul edir, lakin səbəbini qəribə yollarla açıqlamağa çalışırlar. "Bu bir təkamül möcüzəsidir" və ya "bu hüceyrə sanki bir kahin kimidir" kimi təkamülün tilsimli sözləriylə xalqı "hipnoz" etməyə çalışırlar. Halbuki, burada fövqəladə vəziyyət var. "Kahin" sözü bəzi məlumatlara əvvəlcədən sahib olduğu düşünülən insan üçün işlədilər. Bir hüceyrənin bilik sahibi olması, eləcə də, olduğu mühitdən tamamilə uzaqdakı varlıqlar haqqında məlumat sahibi olması fövqəladə xüsusiyyətdir. Cansız atomların birləşməsindən meydana gəlmiş bir hüceyrənin təsadüfən güclü hissiyyatlara və ya üstün bilik və məlumata öz-özünə sahib olması, əlbəttə ki, gözlənilməzdir. Bunu iddia etmək, ağılsızlıq və məntiqsizlikdir. Bu açıq bir həqiqətdir ki, ən incə nöqtəsinə qədər anticisimlərin bu qabiliyyətləri onlara, üstün bir elm sahibi olan Allah tərəfindən verilmişdir.

 

Müdafiə hüceyrələri məlumatlarla dolu yaddaşla yaradılıblar

Orqanizminizdə mikrob törədən hücum siqnallarından ani xəbərdarlıq alıb, müdafiə vəziyyətinə keçmə xəbərdarlığı verən hüceyrələrinizin varlığından nə qədər xəbərdarsınız? Orqanizmdə hər hansı infeksiya yarandıqda, məsələn, açıq bir yaranıza infeksiya düşdükdə müdafiə hüceyrələri dərhal həyəcan vəziyyətinə keçərlər. Makrofaq adlı bu müdafiə hüceyrələri, mikrobların hücumuna cavab vermək üçün, mümkün olan ən qısa vaxtda infeksiya düşən hissənin yerini müəyyənləşdirməli və oraya getməlidirlər. Bu yer müəyyənləşdirmə əməliyyatında makrofaqlar, bəzi dəyişiklikləri başa düşərlər. Məsələn, o yerdə bakteriya tullantıların meydana gəldiyini, infeksiyalı toxumanın meydana gətirdiyi korlayıcı maddələrin ortaya çıxdığını və yenə bu hissədə qanın laxtalanmasıyla birlikdə yaranan maddələri müəyyənləşdirərlər. Əgər makrofaqlar infeksiyalı toxumanın səbəb olduğu dəyişiklikləri bilməsəydilər, orqanizmin hər gün üzləşdiyi saysız təhlükəyə müqavimət göstərməyimiz qeyri-mümkün olardı.

Ancaq burada maraqlı bir vəziyyət var. Makrofaqların əksəriyyəti belə bir hücumla ilk dəfə qarşılaşırlar. O zaman bu mikroskopik canlılar müəyyənləşdirdikləri şeylərin təhlükə siqnalı olduğunu necə öyrəniblər? Yoxsa bu mövzuda təhsil alıblar?

Əlbəttə ki, makrofaq dediyimiz mikroskopik hüceyrələrin "təhsil" aldıqlarını iddia etmək qeyri-mümkündür. Amma bütün bu məlumatlar ilk yarandıqları andan etibarən makrofaqların yaddaşındadır və onlara bu yaddaşı verən, düşmən qarşısında içində olduqları orqanizmi necə qoruyacaqlarını ilham edən üstün bir güc var. Müdafiə hüceyrələrinə kənardan gələn bir hücumun təsirlərini öyrədib, onları bu məlumatla yaradan aləmlərin Rəbbi olan Allahdır.