Fermentlər həyatı yaşanacaq hala gətirən və həyatla əlaqədar kimyəvi dəyişikliklərin "lazım gəldikdə" sürətlənməsini təmin edən zülal molekullarıdır.
Bir ferment bir reaksiyanı 1010, yəni 10 milyard dəfə sürətləndirə bilər. Belə sürətləndirmə olmasaydı, 5 saniyəlik müddət, məsələn, bir cümlənin oxunması, 1500 il davam edərdi. Bu müddət ərzində digər bir çox arzuolunmaz kimyəvi reaksiya da baş verəcəyindən həyat yalnız tormozlanmaqla kifayətlənməyəcək, qeyri-mümkün hala gələcəkdi.

Fermentlərin digər bir əhəmiyyətli xüsusiyyəti də seçici olmalarıdır. Fermentlər orqanizmin istədiyi reaksiyanı sürətləndirərkən, istəmədiyi reaksiyaları sürətləndirməzlər. Bəs orqanizmin nəyi istəyib, nəyi istənmədiyini necə anlayırlar? Bunun üçün orqanizmdə baş verən bütün reaksiyaları və funksiyaları bilməli, nəyin nə vaxt və nə qədər lazım olduğundan xəbərdar olmalıdırlar.

Həmçinin hər ferment yalnız müəyyən molekulların daxil olduğu kimyəvi reaksiyaları sürətləndirə bilər. Ferment özü üçün xüsusi ayrılmış molekulun ancaq müəyyən hissəsinə bağlana bilər. Bunun üçün fermentin müəyyən formaya düşərək, molekulun bu hissəsinə bir açarın qıfıla uyğun olması kimi uyğun olması vacibdir. Yəni ferment həm doğru molekulu tanımalı, həm də molekulun doğru hissəsini bilib oraya bağlanmalıdır.

Karbon, hidrogen, oksigen kimi şüursuz, cansız atomlardan ibarət olan, beynə, gözə, ağla və şüura sahib olmayan fermentlər, reaksiya sürətləndirmə məsuliyyətini niyə üzərlərinə götürüblər, doğru molekulları və molekulların doğru yerlərini necə müəyyənləşdirə bilirlər? Təsadüflər və şüursuz atomlar, fermentlərin həyat üçün lazım olduğuna necə qərar verə biliblər?

Təsadüfləri və şüursuz atomları ilah qəbul edən təkamül nəzəriyyəsi bu sualları cavablandıra bilməz. Bu sualların cavabı, fermentləri həyat üçün üstün bir güc və Yaradıcı olan Allahın yaratdığı həqiqətidir.