Ağciyər, özünəməxsus təcili müdafiə sisteminə sahibdir. Bəzi ağciyər hüceyrələri bakteriya və mikrobların üzərinə təbii bir mikrob öldürücü maddə püskürərək bunları təsirsiz hala gətirərlər. Beləliklə də, tənəffüs yoluyla orqanizmə daxil olan və ağciyərə gələnə qədər canlı qalmağı bacara bilən mikrob və bakteriyalar, burada məhv edilərlər.
Ağciyər hüceyrələrinin özlərinə zərər verəcək maddələri tanımaları, onları təsirsiz hala gətirəcək maddəni bilmələri və həmçinin bunları hazırlaya bilmələri, əlbəttə ki, qeyri-mümkündür. Hüceyrələr düşünmək, bilmək, qərar vermək, plan qurmaq kimi şüur tələb edən xüsusiyyətlərdən məhrumdurlar. Bütün bunlar, göyləri və yeri nizam içində yaradan, müəyyən uyğunluq və ölçü müəyyənləşdirən Allahın əsəridir. Allah, tək bir hüceyrəyə də insana heyrətləndirəcək dərəcədə şüurlu işlər etdirərək, sonsuz elminin və ağlının dəlillərini göstərir.