Tamamilə xəbərsiz olduğunuz halda, orqanizminizdə hər an minlərlə əmr gedib-gələr və həyatınızı ən əlverişli və ən asan hala gətirər.
Məsələn, həyəcanlandığınız və ya qorxduğunuz anda, sinir hüceyrələriniz dərhal siqnalizasiya sistemini işə salar və böyük sürətlə və yolunu azmadan hədəfə çataraq böyrəküstü vəzlərinizi hərəkətə keçirər. Mesajı alan böyrəküstü vəzləri adrenalin hormonu ifraz edər. Adrenalin hormonu isə qana qarışaraq, demək olar ki, bütün orqanizmi həyəcan vəziyyətinə keçirər. Həzm orqanlarının hərəkətlərinə mane olar və həzmetmə prosesini dayandırar. Beləliklə də, həzmetmə prosesində iştirak etməyən böyük miqdarda qan kütləsi, əzələləri qidalandırmaq üçün boş olar. Eyni zamanda ürəyin ritmi sürətlənər, qan təzyiqi artar. Ağciyərlərin bronxları genişlənib, oksigenin girişini və qanın oksigenlə qidalanmasını sürətləndirər. Qandakı şəkər miqdarı artar. Bu da əzələlərə artıq enerji verər. Sonda isə, göz bəbəkləri genişlənər və gözlərin işıq xəbərdarlıqlarına qarşı həssaslığı artar. Bütün bu təsirlər yarandıqda isə, bir insan istər qaçma, istər müdafiə, istərsə də hücum vəziyyətinə keçmək üçün, istənilən vəziyyətdə böyük performans göstərməyə hazır vəziyyətə gələr.

Sinir hüceyrələri cansız və şüursuz atomlardan ibarət strukturlardır. Ancaq bu atomlar, orqanizmin ehtiyac duyduğu vəziyyətləri dərhal anlayaraq, orqanizmin əlaqədar yerinə tezliklə mesaj göndərərlər. Mesajı qəbul edən yer də eynilə cansız atomların birləşməsindən meydana gəlmişdir. Buna baxmayaraq, özünə gələn mesajı dərhal anlayar və hərəkətə keçərək lazımi hormonu ifraz edər. Bu hormon isə, olduqca şüurlu şəkildə və yaradılış məqsədini çox yaxşı bilərək bütün orqanizmi gəzər və əlaqədar orqanları həyəcan vəziyyətinə keçirər.
Bu qədər şüurlu, planlı, mütəşəkkil sistemin təsadüfən meydana gəldiyini düşünmək ağıldan, məntiqdən və sağlam fikirdən üz döndərməkdir. Darvinistlər bütün bu sistemlərin və orqanların təsadüfən meydana gəldiyini iddia edərək, uşaqların da güləcəkləri vəziyyətə düşürlər.

Təxminən 60 yaşına qədər təkamülü müdafiə edən və ateist fəlsəfəçi olan, lakin daha sonra həqiqətləri görən Malcolm Muggeridge darvinizmin içində olduğu bu vəziyyəti belə etiraf edir:
Mən özüm, təkamül nəzəriyyəsinin, xüsusilə tətbiq olunduğu sahələrdə, gələcəyin tarix kitablarında yer alacaq ən böyük zarafatlardan biri olacağı ilə razılaşdım. Gələcək nəsil, bu qədər çürük və naməlum bir fərziyyənin qəbul edilməsini heyrətlə qarşılayacaq. (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43)

Bu mükəmməl sistemləri üstün bir Yaradıcı olan Allahın yaratdığı açıq və qəti bir həqiqətdir.