Böyrəklərinizə vurulan qandakı eritrosit miqdarı böyrəklər tərəfindən daima hesablanılar. Həssas reseptorlar vasitəsilə əldə olunan məlumatlar dərhal qiymətləndirilərək lazımi işlər görülər.

Böyrəkdən süzülən qan miqdarının azaldığı müəyyənləşdirildikdə böyrəklərdəki xüsusi hüceyrələrdən "eritropoetin" adlı bir hormon ifraz olunar. Bu hormon qan yaranmasını artırmaq üçün faydalıdır. Hormon, öz təsirini böyrəkdən kənar bir yerdə sümük iliyi üzərində göstərəcək. Sümük iliyində yerləşən təməl qan yaradıcı hüceyrələr bu hormonun özlərinə gələrək, eritrosit sayının azaldığını bildirməsindən sonra eritrosit hazırlanmasını sürətləndirərək qan dövranına daha çox eritrosit buraxılmasını təmin edərlər. Bu sayədə eritrosit tarazlığı nizamlanmış olar.

Göründüyü kimi, böyrək hüceyrələri müəyyənləşdirmə aparır, məlumatları qiymətləndirir və lazım gələni tətbiq etdirəcək qərarlar verə bilir. Mesaj çatdırmaq vəzifəsini yerinə yetirən hormon isə, orqanizm daxilində yolunu azmadan hərəkət edir və sümük iliyinə heç korlanmadan çata bilir. Sümük iliyindəki hüceyrələr də böyrəklərdən gələn bir hormonla göndərilmiş mesajı necə açacaqlarını bilir və bu mesaja görə hərəkətə keçirlər.

Üstəlik, bütün bu əməliyyatlar milyardlarla insanın hər birində eyni cür baş verir, bu uyğunlaşma bütün insanlarda eyni cür davam edir.
Bütün bu əməliyyatlarda hüceyrələr çox açıq şəkildə ağıl nümayiş etdirir və mükəmməl bir təşkilatın intizamlı və itəatkar orqanları kimi hərəkət edirlər. Belə olan halda, bu ağlın və uyğunlaşmanın mənbəyinin nə olduğu sualı cavablandırılmalıdır. Hüceyrələrin belə bir ağla öz-özlərinə və ya təsadüfən sahib olduqlarının iddia edilməsi qeyri-mümkündür. Hüceyrələrə bu ağlı və necə hərəkət etməli olduqlarını ilham edən hər şeyi öz nəzarəti altında saxlayan Allahdır.

Allahdan başqa güc yoxdur.