İnsulin insan həyatı üçün əvəzolunmaz hormonlardan biridir. Bu hormon ifraz olunmadıqda qanda yüksələn şəkər miqdarı tarazlana bilməz. Bu vəziyyət, adamın şəkər komasına girməsinə səbəb olar. Orqanizm üçün bu qədər əhəmiyyətli olan insulin, 51 amin turşusunun müəyyən nizam əsasında birləşməsindən yaranmış bir zülaldır. Aşağıda insulini meydana gətirən amin turşularının adlarının dairəvi fiqurlar içinə yazılaraq sıralanması nəticəsində ortaya çıxan şəkil görünür. Məhz bu şəkildə görülən amin turşusu ardıcıllığındakı ən kiçik bir dəyişiklik belə insulinin vəzifəsini yerinə yetirə bilməməsinə səbəb olar.

Kağız üzərində yazılmış bir formul görən hər insan bu formulun öz-özünə yarana bilməyəcəyini, bunun bir insan tərəfindən kağıza yazılmış olduğunu bilər. İnsulin hormonu da dəyişməz formula malikdir. Həmçinin indiyədək yaşamış bütün insanlarda bu dəyişməz formula malik insulin ifraz olunur. Bu da, insulinin vaxt keçdikcə, təsadüfən yarana bilməyəcəyini göstərmək üçün kifayətdir. Heç bir şüursuz təsadüf trilyonlarla insanda eyni formul əsasında bir hormonun meydana gəlməsini təmin edə bilməz. Belə bir iddia həm ağla, həm məntiqə, həm də elmə zidddir. İnsulini bu formulla yaradan, hansı xüsusiyyətlərə sahib olacağını müəyyənləşdirən, insanın ilk dəfə yaranmasıyla birlikdə insulini yaradan Allahdır.