İnsanın tək bir DNT molekulunda bir milyon ensiklopediya səhifəsini dolduracaq məlumat var. Bütün bu məlumatlar çox mühüm ardıcıllığa malikdir. İndi düşünün, milyonlarla hərfi qeyri-ixtiyari şəkildə yola səpsək, səpilən bu hərflərin hamısı bir məqalə halına gəlsə, sonra bu milyonlarla hərf qəzet səhifəsindəki yazılar kimi yazılar meydana gətirsə, bunun kortəbii bir təsadüf əsəri olduğunu söyləmək mümkün olarmı? Darvinist anlayışa görə bu fövqəladə hadisənin təsadüfən baş verməsi mümkündür.
Darvinizm bütün dünya millətlərinə lağ edən, onları sanki uşaq aldadırmış kimi aldatdığını zənn edən bir ideologiyadır. Təsadüfün ilahi ağıl kimi təqdim edildiyi bu düşüncədə, təsadüf dünyadakı bütün insanların ağlından daha böyük ağla sahib böyük dahilik kimi göstərilir. Təkamülçülərə görə minlərlə ildir ki, gəlib keçmiş nə qədər insan varsa, hamısının beynini, ağlını, düşünmə qabiliyyətini, mühakiməsini, yaddaş gücünü, daha yüzlərlə və minlərlə maddi-mənəvi xüsusiyyətini formalaşdıran "təsadüf" adlı bu "dahiliy"in təkcə zamana ehtiyacı var. Əgər təsadüfə maddə və zaman verilsə insanları, qarışqaları, atları, zürafələri, tovuz quşlarını, kəpənəkləri, ənciri, zeytunu, portağalı, şaftalını, narı, qarpızı, qovunu, pomidoru, bananı, laləni, bənövşəni, çiyələyi, səhləbi, itburnunu və ağlınıza gələn bütün şeyləri yüzlərlə, minlərlə heyvanı, bitkini və hər cür canlını yarada biləcək gücə malikdir. Əlbəttə ki, bu iddiaların hamısı cəfəngiyatdır. Hər şeyin Yaradıcısı Allahdır.
Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah güc sahibidir, Əzizdir! (Həcc surəsi, 74)