İnsan orqanizmindəki 100 trilyon hüceyrə tiroid hormonları vasitəsilə mükəmməl şəkildə vəzifəsini yerinə yetirər.
Orqanizmdə nə qədər çox tiroid hormonu varsa, hüceyrələr o qədər sürətli işləyərlər. Əgər orqanizmdə kifayət miqdarda tiroid hormonu ifraz olunmasa, hüceyrələrin işləmə sürətləri getdikcə zəifləyər və demək olar ki, dayanar. Bundan ötrü də, tiroid hormonu qanda daim müəyyən miqdarda olmalıdır.
Tiroid vəzinin digər hüceyrələrə təsir göstərməsi, bunun üçün öz-özünə qərar alması qeyri-mümkündür. Çünki digər hüceyrələrin varlığından xəbərsizdir. Etdiyi tək şey, öz hüceyrələrinin DNT-lərindəki əmrləri ən incə nöqtəsinə qədər yerinə yetirməkdir.
Tiroid vəzinə bu yazılı əmrləri verən və bunları yerinə yetirən güc sahibi, hər şeyi bilən və ən incə nöqtəsinə qədər yaradan Allahdır. Buradakı plan və işləyişdəki şüur, tiroid vəzi adını daşıyan və öz varlığından xəbərsiz şüursuz bir ət parçasına deyil, Allaha məxsusdur.
Bunu inkar edən təkamülçülər isə,
- tiroid vəzinin özü bütün hüceyrələri hərəkətə keçirmək ehtiyacı duyduğunu,
- buna görə də, bütün hüceyrələrə təsir göstərəcək hormonu özünün yaratdığını,
- bu hormonu özünün mükəmməl şəkildə ifraz etdiyini
- və müntəzəm surətdə sabit miqdarda qana buraxmağın doğru olacağına yenə özü qərar verdiyini müdafiə edirlər.
Əlbəttə ki, bunlar yalnız onların zənnidir. İnsan orqanizmindəki bir ifrazat vəzinin bütün bu əməliyyatları bilməsi və yerinə yetirməsi əsla mümkün deyil. Hər şeyi bir-biriylə uyğunluq içində, bir-birinin funksiyasına möhtac şəkildə yaradan, hər şeyin məlumatı Öz qatında olan Allahdır.