İnsan orqanizmindəki hüceyrələr və hormonlar arasında böyük uyğunluq var. Orqanizm hormonları tanıyar. Hormonların daşıdıqları mesajlarda nələrin yazıldığını dərhal başa düşər. Hormonlar da orqanizmdə nə vaxt hara gedəcəklərini və necə təsir göstərəcəklərini çox yaxşı bilirlər. Bəzi hormonların həm qadınlarda, həm də kişilərdə ifraz olunmasına baxmayaraq, onlar hər iki cinsdə bir-birindən tamamilə fərqli təsirlər göstərir. Məsələn, FSH adlı (follikulstimiləedici hormon) hormon qadınlarda yumurta hüceyrəsinin yaranmasını təmin edən hormondur. Kişilərdə isə, eyni hormon sperma meydana gəlməsini təmin edir.

LH (luteinleştirici hormon) isə, qadınlarda yumurta hüceyrəsinin sərbəst qalmasını və progesteron adlı başqa bir hormonun ifraz olunmasını təmin edən hormondur. Progesteron bətnin körpə üçün hazırlanmasında istifadə edilər. Eyni hormon kişilərdə tamamilə fərqli bir vəzifə boynuna götürür və testesteron hormonunun ifraz olunması üçün hüceyrələri xəbərdar edir. Testesteron isə, kişiyə məxsus xüsusiyyətlərin yaranmasını və sperma meydana gəlməsini təmin edər.

Bənzər təsirə malik hormonların fərqli orqanizmlərdə, ancaq eyni formul əsasında yaradılmaları və bir-birindən tamamilə fərqli təsirlər yaratmaları, əlbəttə ki, düşündürücüdür.
Bir hormon kişi orqanizmində ifraz olunduqda, bu hüceyrələrin kişiyə məxsus olduğunu anlayır və buna görə dəyişikliklər aparmaqdadır. Məsələn, bu hormon kişi orqanizmində əzələlərin çoxalmasına səbəb olur, səsin daha qalın olmasını, saqqalın çıxmasını təmin edir.

Eləcə də, eyni hormon qadın orqanizmində də eyni yolla ifraz olunur, lakin qadında kişilərdə yaratdığından tam əks təsirlər yaradır. Qadınlara qadın səsi, kişilərə kişi səsi verən, orqanizmin inkişafını ona görə nizamlayan bir hormon, bunu ayırd edə bilirsə, deməli, o, qadın və kişi orqanizminin anatomiyasından, kimyasından xəbərdardır. Bu da hormonun ağla malik olması, hətta bu mövzuda təhsil almış olması deməkdir.

Bu hormonlar necə olur da, kimya məlumatına sahibdirlər? Və ya bu hormonları əmələ gətirən hüceyrələr necə olub da, təkcə insan orqanizmindəki kimya məlumatını öyrənməklə kifayətlənməyib sahib olduqları məlumatlar əsasında bir kimyagər kimi, həm özləri müəyyən şeylər istehsal edir, həm də başqa hüceyrələri istehsal etməyə təşviq edirlər? Hüceyrələr bütün bunları edəcək ağla necə sahib olublar?

Bu ağlın hüceyrələrə və ya bu hüceyrələri meydana gətirən atomlara məxsus olmadığı çox aydındır. Kişi və qadına məxsus şəkildə aparılmış bu tənzimləmələr, bizə üstün bir yaradılışın və bir planın varlığını göstərir. Allah üstün qüdrət sahibi Yaradıcımızdır.