Hamiləlik müddəti tamamlandıqda qəfildən başlayan doğum sancıları yeni bir həyatın başlanğıcını müjdələyər. Oksitosin adlı bir hormonsa, doğum sancılarını başladan və bu hadisənin ilk xəbərçisi olan maddədir.

Beyindən ifraz olunan bu hormon başlıca olaraq iki yerdə öz təsirini göstərər. Birincisi ana bətninin meydana gətirən əzələlər, ikincisi isə sinədə yaranan ana südünün ifraz olunmasını təmin edən əzələ quruluşundakı hüceyrələrdir.

Doğum əsnasında ana bətninin effektiv şəkildə yığılması doğumun baş verə bilməsi üçün, olduqca əhəmiyyətlidir. Məhz bu hormon, bətni meydana gətirən əzələlərin çox güclü şəkildə yığılmasını təmin edər. Lakin bunu 9 ay 10 günlük müddət tamamlandıqda edər. Nə tez, nə də gec... Çünki hər iki vəziyyət də körpənin həyatını təhlükəyə ata bilər. Vaxtı gəldikdə beynə bətnin girişindəki reseptorlardan siqnallar göndərilər. Bu siqnalları qəbul edən beyin isə, çox uzaqlıqda yerləşən ana bətnindəki reseptorlara tam uyğun olan oksitosini ifraz edər və tam hədəfə çatacaq şəkildə göndərər.

Bütün bunlarla yanaşı, oksitosin hormonunun ayrı bir vəzifəsi daha var. Dünyaya gəlmiş körpənin qidalanması üçün ana südünün ifraz olunmasını da təmin edər və körpə bu südlə qidalanar.

İndi düşünək.
Beynimizin kiçik bir hissəsindəki hüceyrə, görəsən ana bətni üçün doğumu asanlaşdıracaq hormonu ifraz etməyə necə qərar vermişdir?
Bu hormon bütün orqanizm daxilində yolunu necə tapa bilir və hər hansı bir orqana deyil, əksinə təkcə ehtiyac duyulan yerə necə gedə bilir?
Körpənin yaşaya bilməsi üçün 9 ay 10 gün ana bətnində yetkinləşməli olduğunu bilən və digər bir sözlə, bu mexanizmi tam vaxtında hərəkətə keçirən ağıl kimə məxsusdur?
Körpənin qidalanması üçün südə ehtiyacı olduğunu düşünən və bu südü ana orqanizminə ifraz etdirən sistemi yaradan oksitosin hormonunun özüdürmü?
Oksitosin hormonu, orqanizmimizdə olan minlərlə hormondan yalnızca biridir. Bunun kimi, hər bir hormon, çox böyük işlər görər, mühüm qərarlar verər, bu qərarları tətbiq edər, hüceyrələrlə əlaqə saxlayar, orqanizmin ehtiyacı olan ifrazatı meydana gətirər, bunun üçün uyğun ölçünün müəyyənləşdirər, ifraz olunma vaxtını və ifraz olunma müddətini tənzimləyər və daha bir çox mürəkkəb əməliyyatı mükəmməl şəkildə yerinə yetirər.

Heyrətamiz dərəcədə mükəmməl və planlı olan bu nizamın təsadüfən və ya öz-özünə işləmədiyi çox açıqdır. Şüur ehtiva edən bütün bu fəaliyyətləri və hormonları ən incə nöqtəsinə qədər yaradan və onlara nəzarət edən sonsuz ağıl sahibi olan Allahdır.