Orqanizmimizdəki 100 trilyon hüceyrə bir-biriylə tam uyğunluq içində işləyər. Bu uyğunluğun təmin edilməsi üçün bir-birlərinin funksiyalarına yaxşı bələd olmalıdırlar. Bu məqsədlə də, "hormon" adlandırılan mesaj çatdıran molekullar ifraz edərlər. Məsələn, tiroid hormonu bütün hüceyrələrin maddələr mübadiləsi sürətinə nəzarət edər. İnsulin hormonu orqanizmdəki bütün hüceyrələrə şəkərin daxil olmasını təmin edər. Aldesteron hormonu böyrəyə təsir göstərərək qandakı su və duz nisbətini tarazlayar. Qırmızı qan hüceyrələrinin hazırlanması üçünsə, eritropoetin hormonu xəbərdarlıq etməlidir.

Daha yüzlərlə hormon hüceyrələr arasında fasiləsiz əlaqə saxlanılmasını təmin edər. Həmçinin bu əməliyyatlar dünyadakı milyardlarla insanın hər birinin orqanizmində eyni mükəmməlliklə həyata keçirilər. Hormonlar olmadan insan orqanizmində nizam ola bilməz, qarşıqlıq yaşanar..

Bəs bir hüceyrə, öz ölçülərimizlə müqayisə etdiyimiz vaxt, özündən minlərlə kilometr uzaqda yerləşən digər bir hüceyrənin hansı işi görməli olduğunu və hansı hormonun bunu təmin edəcəyini haradan bilir? Həmçinin, bu hormonu ifraz etmək üçün lazımi formulun və vəsaitin nə olduğunu haradan bilir və bunları əldə edir?

Təkcə bu həqiqət də orqanizmdə hər şeyin müəyyən plan çərçivəsində böyük elmlə yaradıldığını göstərir. Yer üzündə yaşayan milyardlarla insanın hər birinin orqanizmindəki 100 trilyon hüceyrə arasındakı nizam, Allahın yaratmasının və tək İlah olduğunun dəlili və hikmətidir.

Allah Özündən başqa məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də buna ədalətlə şahidlik etdilər. Əziz və Hakim olan Ondan başqa məbud yoxdur. (Ali İmran surəsi, 18)