Doğulduğunuz andan etibarən rahatlıqla nəfəs alır və aldığınız bu nəfəs vasitəsilə yaşaya bilirsiniz. Bir neçə dəqiqə nəfəsinizin kəsilməsi bütün orqanizm funksiyalarınızın dayanmasına və həyatınızı itirməyinizə səbəb ola bilər. Bəs yaşamağınızın ağciyərlərinizdəki "surfaktan" adlı maddədən asılı olduğunu bilirdinizmi?
Ağciyərlərinizi meydana gətirən 300 milyondan artıq kisəciyin (ağ qan hüceyrəsi) ətrafı bu maddəylə əhatələnmişdir. Hər dəfə nəfəs aldığınızda içi havayla dolan bu kisəciklərin açılıb-bağlanması heç də o qədər asan deyil. Surfaktan bu kisəciklərin açılıb-bağlanmasına kömək edən bir maddədir…
Bu maddənin çox əhəmiyyətli xüsusiyyətlərindən biri, insanın dünyaya gəlməsinə tam bir ay qalmış ifraz olunmağa başlamasıdır. Məhz hadisənin möcüzəvi tərəfi də burada başlayar. Necə olub da, ana bətnində olarkən, ağciyərindən istifadə etməyən körpə, dünyaya gəldikdən sonra nəfəs almağa başlayanda belə bir çətinliklə qarşılaşacağını düşünərək, bu maddəni ifraz etməyə ehtiyac duyub? Surfaktanın ağciyərindəki kisəciklərinə kömək edə biləcəyini haradan bilir? Bu maddənin kisəciklərin hərəkətinə kömək edəcəyini hansı kimya məlumatı əsasında təxmin edə bilir?
Bu maddənin yoxluğu, bəzi erkən doğan körpələrdə olduğu kimi, körpənin həyatını çox qısa vaxtda itirməsinə səbəb olacaq. Amma çox nadir hallar istisna olmaqla, belə olmaz, ilk insandan bu günə qədər milyonlarla ildir ki, inkişafını tamamlamış şəkildə doğulan hər körpə bu maddəylə əhatələnmiş ağciyərlərlə dünyaya gəlmiş və rahatlıqla nəfəs almağa başlamışdır.
Şübhəsiz ki, bu möcüzəvi hadisə nə körpənin, nə də ananın iradəsiylə baş verir. Bu mükəmməl sistemi yaradan və tam lazımi vaxt işə düşməsini təmin edən Allahdır.
Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı. (İnfitar surəsi, 6-8)