Orqanizmimizdə gün ərzində xəbərsiz olduğumuz bir çox əməliyyat baş verər. Bunları vəzifələrini tam şəkildə yerinə yetirən 100 trilyon hüceyrəmiz yerinə yetirər. Bu hüceyrələr içərisində, vəzifələrini çox yaxşı bilən bir çox struktur var. Bəziləri enerji, bəziləri zülal meydana gətirər, bəziləri daşıma əməliyyatı aparar, bəziləri də anbar kimi istifadə edilər.
Hüceyrənin içindəki bu şüurlu strukturlardan biri də lizozimdir. Lizozimi hüceyrənin üyütmə maşını kimi xarakterizə edə bilərik. Bu orqanoiddən ifraz olunan fermentlər sayəsində orqanizmdə bir çox "yox etmə" əməliyyatı baş verər. Lizozim fermentləri artıq işə yaramayan hüceyrələri yox edib, parçalamaları və ya bir strukturun ətrafını əhatə edən membranı dəlmələriylə yanaşı, orqanizmdə daimi olaraq böyüməyə davam edən bəzi hüceyrələri də parçalayarlar. Lizozim fermentlərinin apardığı bu yox etmə əməliyyatı, orqanizm baxımından olduqca əhəmiyyətlidir.
Məsələn, hamilə qadınlarda körpənin inkişafıyla birlikdə bətn normadan artıq böyüməyə başlayar. Bu sağlam körpənin doğula bilməsi üçün lazımi bir mərhələdir. Ancaq körpə doğulduqdan sonra artıq bu qədər geniş bir bətnə ehtiyac qalmır. Belə olan halda, həddindən artıq genişləmiş bu orqan təkrar əvvəlki halına qaytarılmalıdır. Məhz bu əməliyyatı həyata keçirən lizozim fermentləridir. Doğum əməliyyatı sona çatdıqda, müəyyən hüceyrələrin lizozimləri sanki bundan xəbər tutar və nə etməli olduqlarını çox yaxşı bilərək dərhal lazımi fermentləri ifraz etməyə başlayarlar. Bu fermentlər də orqanizmin sağlamlığı üçün hamiləlikdən sonrakı 10 gün müddətində sürətli yox etmə əməliyyatı nəticəsində bətni 1/40 nisbətində kiçildərlər. Beləliklə də, bətn artıq əvvəlki ölçülərinə qayıtmağa başlayar.
Lizozimlər həmçinin spermanın baş hissəsində də olarlar. Sperma, yumurta hüceyrəsinə çatdıqda onu əhatə edən qılafı dəlmək üçün daşıdığı lizozim fermentlərindən istifadə edər. Parçalayıcı təsirə malik bu fermentlər, yumurta hüceyrəsini qoruyan qılafı dələrək spermanın yumurta hüceyrəsini mayalandırmasını təmin edərlər.
Bu nümunələrdən də açıq şəkildə görüldüyü kimi, orqanizmimizdəki hər bir mexanizm bir-birini tamamlayacaq şəkildə işləyər. Hamiləlik əsnasında bətnin böyüməsini təmin edən sistemlə yanaşı, onu əvvəlki halına qaytaracaq sistem də mövcud olar. Eləcə də, möhkəm qılafla qorunan yumurta hüceyrəsini dələ biləcək ferment də spermanın içinə xüsusi olaraq yerləşdirilmişdir.
Məhz darvinistlər bu bir-biriylə əlaqəli mükəmməl sistemin bəzi təsadüflər nəticəsində meydana gəldiyini və mükəmməl şəkildə işləməyə davam etdiyini iddia edəcək qədər ağıldan və məntiqdən uzaqlaşıblar. Öz aralarında mükəmməl işləyişə sahib olan bu mexanizmlərin orqanizmin bütün hissələrindəki sistemlərlə də uyğun şəkildə işləməsi, Allahın yaratmasındakı mükəmməlliyi gözlər önünə gətirir.