Hemoqlobin molekulu hüceyrələrə oksigen daşımaq vəzifəsini boynuna götürmüş xüsusi bir molekuldur. Hemoqlobin ağciyərdəki oksigeni alarkən, karbon qazını buraxar və oradan əzələlərə keçər. Bu əsnada əzələlər də qidaları həzm edib karbon qazı meydana gətirərlər. Hemoqlobin molekulu əzələlərə çatdıqda əvvəlki funksiyasının tam əksini yerinə yetirərək oksigeni buraxıb karbon qazını alar.

Elm adamları bir-birindən fərqli bu iki funksiyanı yerinə yetirən hemoqlobini "fövqəladə molekul" kimi xarakterizə edirlər. Təkamülçü Gordon RattrayTaylor, “The great evolution mystery” (“Böyük təkamül sirri”) adlı kitabında, hemoqlobin molekulu haqqında bunları yazmışdır:

…Bu maddə həqiqətən fövqəladə bir molekuldur ki, bir anda oksigenlə birləşmə meyl edərkən, bir neçə saniyə sonra buna meyil etməz. Bir anda seçimi karbon qazına bağlı olaraq dəyişər. Bu da onu daha diqqətəlayiq edər. (Gordon Rattray Taylor, The Great Evolution Mystery, Harper&Row Publishers, New York, səh.108)   

Deyilənlərdən də aydın olduğu kimi, hemoqlobin molekulu sanki şüur sahibi varlıq kimi lazımi yerdə və lazımi vaxtda hərəkət edərək lazımi seçimi edə bilir və heç vaxt oksigenlə karbon qazını bir-birinə qarışdırmır.

Mikroskoplarla görülə biləcək qədər kiçik bir molekulun düşünmə, qərar vermə və seçim etmə kimi xüsusiyyətlər tələb edən hərəkətlər etməsi, əlbəttə ki, düşündürücüdür.
Bu molekulun göstərdiyi fövqəladə şüur sayəsində, insan həyatını rahatlıqla davam etdirə bilir. İnsan orqanizmində saatda orta hesabla 900 milyon qırmızı qan hüceyrəsi yaradılır. Təkcə bir qırmızı qan hüceyrəsində isə, təxminən 300 milyon hemoqlobin molekulu var. İnsan orqanizmində olan hemoqlobin molekullarının sayı və bütün bu molekulların istisnasız eyni qabiliyyətlərə sahib olduqları düşünüldükdə mövzunun əhəmiyyəti daha dəqiq aydın olur.

Belə bir seçiciliyin təsadüfən ortaya çıxa bilməyəcəyi, təsadüflərin insan orqanizmindəki milyardlarla hemoqlobinə bu xüsusiyyətləri qazandıra bilməyəcəyi ağıl sahibi hər insan üçün çox açıq həqiqətdir. Hemoqlobin molekulunu yaradan və canlıların orqanizmlərinə bütün xüsusiyyətləriylə birlikdə yerləşdirən Allahdır.