Nəfəs alarkən əslində havayla birlikdə bir çox tozu da udmuş olarıq. Ancaq orqanizm üçün zərərli olan bir çox maddə ağciyərlərə çata bilmədən müəyyən təhlükəsizlik qapılarında tutularaq təsirsiz hala gətirilər.
Burundan bronxlara qədər bütün tənəffüs yollarının səthi mukus (selikli qişa) adlı təbəqəylə örtülmüşdür. Tənəffüs yollarının səthini nəmləndirici xüsusiyyətə sahib olan bu maddə, havayla birlikdə tənəffüs edilən toz kimi kiçik maddələri tutaraq, ağciyərə girmələrinə mane olar. Ancaq bu xarici maddələrin mukus (selikli qişa) tərəfindən tutulduqdan sonra, tənəffüs yollarında toplanmaması üçün, onlar çölə atılmalıdırlar. Bunun üçün də digər bir təhlükəsizlik mexanizmi fəaliyyətə keçər.
Bu mexanizmdə tənəffüs yollarının səthində kirpik adlı iti uclu qamçılar iştirak edir. Tənəffüs yollarının səthindəki hüceyrələrin hər birinin üstündə 200 kirpik var. Bunlar saniyədə 10-20 dəfə yellənərək udlağa doğru daimi yellənmə hərəkətinin meydana gəlməsini təmin edərlər. Bu nahiyədəki kirpiklər həmişə udlağa doğru hərəkət edərlər. Bu yolla da, içində yad maddələr saxlayan selikli qişanın dəqiqədə 1 sm sürətlə udlağa doğru irəliləməsini təmin edərlər. Burundakı kirpiklər isə, olduqları yerdəki selikli qişanın bu dəfə aşağı doğru hərəkət etdirilməli olduğunu bilər və tam əks istiqamətə qamçı hərəkəti edərlər. Beləliklə də, burunun selikli qişasındakı maddələrin udlağa gəlməsini təmin edərlər. Daha sonra içində yad maddələr olan selikli qişa ya udularaq həzm sisteminə göndərilər, ya da öskürəklə orqanizmdən kənarlaşdırılar.
Bu nümunələrdən aydın olduğu kimi kirpiklər, görmək üçün gözləri, düşünə bilmək üçün beyinləri olmamasına baxmayaraq, özləriylə müqayisədə kilometrlərlə uzaqdakı udlağın yerini müəyyənləşdirə bilirlər. Bununla yanaşı yad maddələrin ağciyərə göndərilməsinin orqanizmə zərər verəcəyini bilirlər və olduqları yerdə bunun qarşısını alacaq şəkildə, bir-birləriylə tam uyğunluq içində, daim lazımi istiqamətdə hərəkət edirlər.
Elm adamlarının müxtəlif təcrübələr aparmaq, müxtəlif vəsaitlərdən istifadə etməklə, uzun illərdir ki, davam edən tədqiqatlarına baxmayaraq, iş mexanizmini tam olaraq kəşf edə bilmədikləri bu metrin 2 milyonda bir hissəsi uzunluğundakı kirpiklər, yer üzündə ilk insan yarandığından bəri mükəmməl mexanizmlə işləyirlər. Onlar özlərini yaradan Alahın ilhamıyla hərəkət etdikləri üçün, heç bir təsadüf zəncirinin meydana gətirə bilməyəcəyi qədər mükəmməl nizama sahibdirlər.