Oksigen orqanizmimizdəki bütün hüceyrələrə qandakı qırmızı qan hüceyrəsi hüceyrələri tərəfindən daşınar. Oksigen molekulları qanda sərbəst halda dolanarkən qırmızı qan hüceyrələri oksigen molekullarını tutmalıdırlar. Bu tutma əməliyyatını aparan isə, qırmızı qan hüceyrələridəki hemoqlobin adlı zülaldır.
Qırmızı qan hüceyrələri, hemoqlobini daşıya bilmək üçün xüsusi olaraq dizayn olunublar. Hemoqlobin qırmızı qan hüceyrəsinin 90%-ni əhatə edər və bundan ötrü də, qırmızı qan hüceyrəsinin içindən digər hüceyrələrdə olan nüvə, mitoxondri kimi orqanoidlər çıxardılmışdır. Bu sayədə hemoqlobin kifayət qədər oksigen tuta bilər.
Hemoqlobin, oksigeni qətiyyən ona təmas etmədən bir maşa ilə tutarmış kimi tutar. Çünki oksigen atomları ilə təmas etdiyi təqdirdə hemoqlobin yanar və bunun nəticəsində oksigen digər hüceyrələrə çatdırıla bilməz.
Ancaq normalda hemoqlobinin, oksigeni ona heç toxunmadan tuta biləcəyi şəkildə yaradılmış xüsusi sistemi sayəsində belə bir təhlükə yaşanmaz.
Hemoqlobinin oksigen tutma mexanizmi belədir: Hemoqlobin dörd fərqli zülalın birləşməsindən meydana gəlmişdir və bu dörd zülalda dəmir atomu daşıyan xüsusi hissələr var. Dəmir atomlarını daşıyan hissələr "hem qrupları" adlandırılar. Məhz bu "hem qrupları" hemoqlobində oksigeni tutmaq üçün xüsusi qabiliyyətə sahib xüsusi maşalardır. "Hem qrupları"nın oksigenə təmas etmədən bir maşa kimi oksigeni tutub, ehtiyac duyulan toxumalara aparıb buraxması üçün molekulun içində xüsusi qatlanmalar və bucaqlar var. Bu xüsusi bağlanma vaxtı, bu bucaqlar müəyyən nisbətdə dəyişər.
Görüldüyü kimi, orqanizmin gözlə görülə bilməyəcək qədər kiçik hissələri arasında da olduqca mükəmməl uyğunluq var. Belə bir uyğunluğun təsadüfən yaranması qətiyyən mümkün deyil. Qırmızı qan hüceyrələrinin içini boşaldaraq hemoqlobinə yer açan, hemoqlobinin yanmaması üçün oksigenləri tuta biləcəyi yanmaz maşaları yaradan, hemoqlobini oksigen ovçusu olacaq şəkildə proqramlaşdıran, hemoqlobinin oksigen molekullarını tanımasını və digərlərindən ayırd etməsini təmin edən, tutduğu oksigen molekullarını hansı yerlərə buraxmalı olduğunu hemoqlobinə göstərən təsadüflər deyil. Bunu iddia etmək ağılsızlıq və məntiqsizlikdir. Bütün bunlar Allahın varlığının, yaratmasının, sonsuz elminin və ağlının bir göstəricisidir.