Məlum olduğu kimi hüceyrələr bölünərək çoxalırlar. Bu bölünmə əsnasında, hüceyrənin nüvəsində yerləşən DNT-nin də yeni hüceyrə üçün bir surəti çıxarılmalıdır. Bu əməliyyat əsnasında üzərində düşünülməli olan olduqca təəccüblü bir hadisə baş verər.

DNT, 3 milyard hərfdən ibarət olan, canlı ilə əlaqədar bütün məlumatları özündə saxlayan böyük məlumat bankıdır. DNT-dəki məlumatları yazıya köçürsək, ümumilikdə 1 milyon səhifədən ibarət olan təxminən 1000 cildlik bir ensiklopediya seriyası əldə edərik. Elə isə, DNT-nin surətinin çıxarılması, 1 milyon səhifəlik yazının və ya digər bir sözlə, 1000 cildlik ensiklopediyanın surətinin çıxarılmasıyla eyni şeydir.
Bəs bu əməliyyatın nə qədər davam etdiyini bilirsinizmi?
20-80 dəqiqə arasında.

Diqqət yetirin, bu, 1 milyon səhifəlik yazının 20-80 dəqiqə arasında, heç bir səhv və əskiklik olmadan surətinin çıxarılması. Bu gün məlum olan heç bir nüsxə çıxardan maşını və ya texnologiya məhsulu, bu qədər qısa müddətdə bu qədər səhvsiz və nöqsansız surət çıxartma əməliyyatını həyata keçirə bilmir. Eləcə də, DNT-dəki məlumatların surətini çıxardan şeyin texnoloji alətlər deyil, gözlə də görə bilmədiyimiz hüceyrələrimiz olduğuna diqqət yetirin. İndi düşünək:

Hər hüceyrə bölündükdə DNT-nin bir surətinin çıxarılmalı olduğunu düşünən, DNT-nin ən sürətli və ən mükəmməl şəkildə surətinin çıxarılması əməliyyatını icra edən, xətalı əməliyyatların dərhal düzəldilməsi üçün görünməmiş təşkilatlanma həyata keçirən güc, ağıl, iradə və elm kimə aiddir?

Belə mürəkkəb, mükəmməl və xətasız bir nizamın təsadüfən meydana gəldiyini söyləmək mütləq ağılsızlıq və məntiqsizlikdir. Kainatdakı bütün atomları və lazımi bütün şərtləri bir yerə toplasanız da, DNT-nin surətinin çıxarılması əməliyyatını həyata keçirən sistemi təsadüfən meydana gətirə bilməzsiniz.
Çox aydındır ki, bu qədər mükəmməl bir sistemi yaradan və milyonlarla ildir ki, yaratmağa davam edən sonsuz elm, ağıl və güc sahibi olan Allahdır.

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir. (Nisa surəsi, 126)