Darvinizmə görə hər şey təsadüflərin və xaosun məhsuludur. Halbuki bütün kainatda elə mükəmməl nizam, möhtəşəm uyğunluq və həssas tarazlıq vardır ki, darvinistlərin "təsadüf" iddiaları yerlə-yeksan olur. Orqanizminizin gözlə belə görə bilməyəcəyiniz bir incəliyindəki uyğunluq və dizayn, sizə bu həqiqəti göstərəcək: qanımıza qırmızı rəngini verən eritrositlər, yəni qırmızı qan hüceyrələridir. Qırmızı qan hüceyrələri yastı disklərə bənzəyərlər və olduqca elastikdirlər. Bu xüsusiyyətlərinin, insan həyatı üçün olduqca böyük əhəmiyyəti var.
Qırmızı qan hüceyrələrinin bu elastikliyi olmasaydı, orqanizmin bir çox nöqtəsində ilişib qalardılar. Çünki qırmızı qan hüceyrələrinin diametri, içində gəzdikləri damarların diametrindən demək olar ki, iki dəfə artıqdır. Lakin elastiklikləri sayəsində bu bir problem meydana gətirməz və damarların içində rahatlıqla hərəkət edərlər.

Əgər qırmızı qan hüceyrələri bu elastikliyə sahib olmasaydı nə baş verərdi?
Şəkər xəstəliyində belə bir problem yaşanır. Şəkər xəstələrinin qan hüceyrələri ümumiyyətlə elastikliyini itirər və gözlərini meydana gətirən həssas toxumalar elastik olmayan qan hüceyrələri tərəfindən tıxanar. Bu tıxanmanın nəticəsi isə korluqdur.

Görüldüyü kimi, canlılarda mövcud olan hər struktur və hər sistem təsadüflərə imkan verməyəəcək qədər həssas, bir-biriylə uyğun və balanslıdır. Çünki hər birini, üstün güc və elm sahibi olan Allah yaratmışdır.

Yeddi göyü bir-biriylə tam uyğunluq içində təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir gözünü gəzdir bax, heç hər hansı bir çat görürsənmi? Sonra gözünü iki dəfə də gəzdir. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. (Mülk surəsi, 3-4)