Sümüklərimiz ilk yaranmağa başladıqları vaxt, qığırdaq kimi ortaya çıxarlar. Vaxt keçdikcə bu qığırdağın daxili hissəsi sərtləşməyə başlayar. Daha sonra qığırdaq toxuma, qan damarlarıyla birlikdə osteoblast və osteoklast adlı xüsusi sümük hüceyrələri tərəfindən əhatə olunmağa başlayar. Osteoklast hüceyrələrinin vəzifəsi sərtləşmiş qığırdaq toxumada oyuqlar açmaqdır. Bunu ifraz etdikləri xüsusi fermentlər sayəsində edərlər. Osteoklastların sümükdə apardığı məhv etmə əməliyyatı zamanı, osteoblast hüceyrələri də boş dayanmaz və skeleti meydana gətirmək üçün, sümük strukturu meydana gətirməyə başlayarlar.
Bu iki hüceyrə qrupunun ortaq fəaliyyəti nəticəsində sümüklər böyüyərək skeleti meydana gətirər.
Uşaqlıq dövründə osteoblastların işi daha çətindir, çünki böyümə prosesi olduqca sürətli getdiyindən sümük yaranması, sümük məhvindən daha çox olmalıdır. Ancaq skelet müəyyən yetkinləşmə səviyyəsinə çatdıqdan sonra yaratma və məhv etmə prosesləri tarazlanmağa başlayar.
Hər insanda sümüklərdə olan bu hüceyrələr eyni vəzifələri yeinə yetirərlər. Hər bir sümüyün səthini necə əmələ gətirəcəklərini bilirlər. Kəllə sümükləriylə bud sümüyü arasındakı fərqləri bilərək bu sümüklərə necə forma verəcəklərini, nə vaxt uzanmalarının dayanacağını, naziklik və qalınlıqlarının necə olacağını bilirlər. Uşaqlıq dövründən də xəbərdardırlar. Bu dövrdə daha çox işləri olduğunu bilərək hərəkət edərlər.
Bu əməliyyatlar daim eyni ardıcıllıqla gedər. Hər hüceyrə qrupu tam lazım olduğu vaxtda aktivləşər. Bu planlı yaranma prosesi sayəsində bütün sümüklər vəzifələrini ən yaxşı şəkildə yerinə yetirə biləcək quruluşa və formaya malik olarlar.
Sümük hüceyrələri bu istehsal və planlama qabiliyyətlərini necə qazanıblar? Şüursuz atomlardan ibarət olan bir hüceyrə plan qura bilməz. Qərar verə bilməz. Orqanizmdəki tarazlıqlardan xəbərdar ola bilməz. Ehtiyacları müəyyənləşdirib tədbir ala bilməz. Lakin insan orqanizmindəki trilyonlarla hüceyrənin hər biri şüurlu bir insan kimi hərəkət edir, hətta insandan daha böyük ağıl göstərir. Bu vəziyyət hüceyrələrin üstün bir güc tərəfindən idarə olunduqlarını və istiqamətləndirildiklərini göstərir. Hüceyrələrə nələr edəcəklərini ilham edən böyük qüdrət sahibi olan Allahdır.