Bir hüceyrədə müəyyən zülalın ifraz olunması lazım gəldikdə, RNT-polimeraza adlı ferment, hüceyrənin məlumat bankı olan DNT-yə gedər və DNT-dən ifraz olunacaq zülalla əlaqədar məlumatları taparaq bir surətini götürər. Ancaq bəzən zülalla əlaqədar məlumatlar DNT-nin fərqli hissələrində dağınıq halda olar. Bundan ötrü də, RNT-polimeraza fermenti məlumatın başladığı yerdən bitdiyi yerə qədər olan hissənin surətini çıxartdığı təqdirdə, arada işinə yaramayan yerlərin də surətini çıxartmış olar. Arada lazımsız məlumatların olması isə, fərqli və faydasız bir zülalın sintezinə səbəb olacaq. Məhz bu mərhələdə "splaysinq" adlı fermentlər köməyə gələr və böyük məharətlə yüz minlərlə məlumat arasından lazımsız olanları seçib çıxardaraq, qalan zəncirləri bir-birlərinə birləşdirərlər.

RNT-nin splaysinqi adlandırılan bu əməliyyatda, bir neçə atomun birləşməsiylə meydana gələn molekullar, çox şüurlu davranış sərgiləyirlər. Sanki bir redaktor kimi çalışaraq, yazıdakı çatışmazlıqları, səhvləri düzəldirlər. Bu atomlar, RNT-polimerazanın hansı zülalı yaratmağa çalışdığını bilir, bu zülalın yaranması üçün lazımi və lazımsız məlumatları bir-birindən ayırd edə bilir, üstəlik, yüz minlərlə məlumat arasından heç səhv etmədən bu işi görə bilirlər. Eləcə də, hər dəfə özlərinə ehtiyac duyulduqda bunu dərhal anlayaraq heç gecikmədən hadisə yerinə gəlib vəzifələrinə başlayırlar.

Burada qeyd olunanlar, hüceyrənin içində baş verən milyonlarla hadisədən təkcə birinin, kiçik bir mərhələsidir. Bu şüuru, məlumatı, ağlı, bacarığı, məsuliyyət hissini və əməkdaşlıq tələb edən davranışları şüursuz atomların göstərmələri qeyri-mümkündür.

Lakin təkamülçülər, təbiətin belə mükəmməl sistemi, təsadüfən meydana gətirdiyini iddia edəcək qədər məntiqə, ağla və elmə qarşı çıxırlar. İnanılması qeyri-mümkün şeylərə inanan təkamülçülər təbiətin möcüzələr meydana gətirdiyini, şüursuz atomları təsadüfən şüur və ağılla hərəkət etdirdiyini iddia edərlər.
Lakin təkamülçülər yanılırlar. Bütün bu şüurlu və planlı işlərin təşkilatçısı və nəzarətçisi Allahdır.

O, göyləri və yeri ədalətlə yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)