Orqanizmin məlumat bankı olan DNT-də bəzi hallarda xarici təsirlər nəticəsində bəzi xətalar meydana gələ bilər. Ancaq bu xətalar DNT-yə nəzarət mexanizmləri tərəfindən vaxt itirilmədən aradan qaldırılar. Bu əməliyyatı reallaşdıranlar da yenə DNT-dəki məlumatlar əsasında sintez olunmuş fermentlərdir.
Düzəltmə əməliyyatı bir neçə mərhələdən ibarətdir:

1) Zədələnən DNT zolağının xətalı hissəsi DNT nukleaza adlı ferment tərəfindən müəyyənləşdirilər.
2) DNT nukleaza fermenti müəyyənləşdirdiyi xətalı hissəni qopardar. Beləliklə də, DNT-də bir boşluq meydana gələr.
3) Başqa bir ferment olan DNT polimeraza, sağlam surətdən doğru məlumatı alaraq boş yerə doğru məlumatı yerləşdirər.
4) Lakin əməliyyat bununla bitməz. Düzəltmə əməliyyatının getdiyi yerdəki şəkər-fosfat zolağı üzərində qopuq meydana gəlmişdir. Bu qopuqluq isə, DNT liqaz fermenti tərəfindən təmir edilər.

Gördükləri işlərdən də aydın olduğu kimi, DNT-dəki xətaların düzəldilməsində vəzifə alan fermentlər bir çox xüsusiyyətə eyni anda sahib olmalıdırlar. Xətaları müəyyənləşdirə bilmələri üçün DNT-ni çox yaxşı tanımalıdırlar. Həmçinin doğru məlumatı haradan almalı və yaranan boşluğu necə doldurmalı olduqlarını da bilməlidirlər.

İşin ən maraqlı tərəfi isə, DNT-nin həm istehsalını təmin edən, həm də quruluşuna nəzarət edən bu fermentlərin, yenə DNT-də yazılmış məlumatlar əsasında və DNT-nin əmr və nəzarəti altında əmələ gətirilmiş zülallar olmasıdır. Ortada iç-içə keçmiş elə möhtəşəm bir sistem vardır ki, belə bir sistemin ardıcıl təsadüflərlə bu hala gəlməsi əsla mümkün deyil. Çünki fermentin olması üçün DNT-nin olması, DNT-nin olması üçün də fermentin olması, hər ikisinin olması üçünsə hüceyrənin də, membranından digər bütün mürəkkəb orqanoidlərinə qədər tam şəkildə mövcud olmalıdırlar.

Canlıların ardıcıl baş verən "faydalı təsadüflər" nəticəsində "yavaş-yavaş" əmələ gəldiklərini iddia edən təkamül nəzəriyyəsi, həmin bu DNT-ferment paradoksu tərəfindən qəti surətdə yalanlanılır. Çünki DNT və ferment eyni anda mövcud olmalıdır. Bu isə Rəbbimizin qüdrətli yaratmasını göstərir.

Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona könüllü surətdə təzim edir. (Rum surəsi, 26)

Darvinizmə inanmaq uşaq nağıllarının həqiqət olduğuna inanmaq qədər böyük məntiqsizlikdir

Gördüyünüz cədvəldəki hərflər təsadüfən düzülməyiblər. Bu hərflər əslində qanınızda oksigen daşımaq vəzifəsini yerinə yetirən hemoqlobin zülalının tərifinin bir hissəsidir. Bu tərif, orqanizmlə əlaqədar bütün məlumatların olduğu DNT-də yazılmışdır. Hemoqlobin ifraz olunması lazım olduqda, DNT-dəki milyardlarla hərf arasından bu hərflər seçilər. Bu seçim əməliyyatını RNT-polimeraza adındakı ferment aparar. Bu ferment o qədər diqqətli və həssasdır ki, heç vaxt oxumaq və doğru hərfləri seçmək məsələsində səhvliyə yol verməz. Hər dəfə milyardlarla hərf arasından doğru olanları seçər.

Doğru hərfləri seçərək zülalın tərifini aldıqdan sonra istehsal üçün, hüceyrə içindəki istehsal mərkəzinə, yəni ribosoma gedər.
Ribosom da, bu tərifi eyni həssaslıqla diqqətli şəkildə oxuyar, anlayar və dərhal mükəmməl şəkildə ifraz edər.

Bu, olduqca qabaqcıl texnologiyaya sahib bir göydələnin planının memarlar və mühəndislər tərəfindən qurulduqdan sonra, inşasının həyata keçirilməsi üçün əlaqədar mütəxəssis və texniklərə əmanət edilməsi kimi planlı və mütəşəkkil bir hadisədir.

Darvinistlər isə, gözlə görülməyəcək qədər kiçik bir yerdə yaranan bu yüksək səviyyəli təşkilatın, təsadüfən meydana gəldiyini iddia edərlər. Cansız, kor və şüursuz atomlardan ibarət olan molekulların daim ağıl göstərərək, mükəmməl bir planın və nizamın nəzarətçiləri və tətbiqçiləri olduğunu iddia edərlər.

Darvinizmin bu iddialarına inanmaq, uşaq nağıllarının həqiqət olduğuna inanmaq qədər məntiqsiz və inanılmazdır. Lakin darvinizm cadu və hipnoz üsullarından istifadə edərək, bir çox insanı aldatmış və şüurunu bağlamışdır.