Təsadüflərin yaratma gücünün olmadığını göstərmək üçün ən təsirli üsul Allahın varlıq dəlillərindən danışmaqdır. Öz orqanizmimizdən bir nümunə verək.
Ayaq üstə dayanmaqdan, qolumuzu qaldırmağa qədər hər cür hərəkəti əzələlərimiz sayəsində edərik. Bu hərəkətləri edə bilməyimiz üçün əzələ hüceyrələrimizə fasiləsiz şəkildə oksigen axımı olmalıdır. Əzələ hüceyrələrinə oksigen daşıma əməliyyatını da orqanizmdəki zülallardan biri olan mioqlobin boynuna götürmüşdür. Mioqlobin qanda oksigen daşımaq vəzifəsini yerinə yetirən hemoqlobin adlı başqa bir zülala adətən çox bənzəyir. Ancaq mioqlobin hemoqlobindən fərqli olaraq təkcə bir oksigen tutma potensialına malikdir. Mioqlobinin bu xüsusiyyəti sayəsində oksigen əzələlərə yavaş-yavaş müəyyən miqdarda daşınar.

Bir anlıq, qanda oksigen daşıyan hemoqlobinlə əzələlərdə oksigen daşıyan mioqlobinin yer dəyişdirdiyini düşünək. Belə olan halda, mioqlobin orqanizm üçün lazım olan oksigeni ağciyərlərdən daşımaq üçün kifayət etməyəcək. Digər tərəfdən hemoqlobin də əzələ toxumalarına normadan artıq oksigeni, üstəlik, ani olaraq buraxacaq. Belə olduqda isə, bütün orqanizmin tarazlığı pozulacaq. Ancaq belə bir şey olmaz və bu iki zülal daim doğru yerdə olar. Bu sayədə rahatlıqla nəfəs alar, istədiyimiz kimi hərəkət edə bilərik.
Hemoqlobin və mioqlobin insan orqanizmindəki zülallardan yalnız ikisidir. Orqanizmdəki digər zülallar da eynilə tam ehtiyac duyulan xüsusiyyətlərdə və ehtiyac duyulan yerlərdə sintez olunarlar. Bu nümunələrdən görüldüyü kimi insan orqanizmi, təsadüfən yaranması qeyri-mümkün olan, mükəmməl yaradılışa malikdir. Bu yaradılışın sahibi, bütün aləmlərin Rəbbi olan Allahdır.

Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Artıq öyüd alıb düşünməyəcəksinizmi? (Nəhl surəsi, 17)