Darvinizm təsadüfən meydana gələn milyonlarla hadisənin, cansız maddələri canlandırdığını, mükəmməl şəkildə işləyən, mükəmməl dizayna sahib strukturları meydana gətirdiyini irəli sürən, olduqca məntiqsiz bir iddiadır. Darvinizmin nə qədər böyük cəfəngiyat görmək üçün bu nümunəni oxumağınız belə kifayətdir.
Qandakı daşıyıcı zülallardan biri olan albumin, xolesterin kimi yağları, hormonları, zəhərli öd kisəsi maddəsini və penisillin kimi dərmanları özünə bağlayar. Daha sonra qanla birlikdə orqanizmdə dolanaraq, topladığı zəhərləri qaraciyərdə zərərsiz hala gətirilmək üçün buraxar, qida maddələrini və hormonları isə lazım olduqları yerlərə aparar.
İndi bir düşünün və özünüzə bu sualları verin:
Qanda daşınan zəhərli maddələri, dərman və qida maddələrini mikroskopda görsəniz (tibb təhsili almayıbsınızsa) bunları siz belə bir-birindən ayırd edə bilməzsiniz. Hansı orqana hansının nə qədər miqdarda buraxılmalı olduğunu isə qətiyyən müəyyənləşdirə bilməzsiniz.
İnsanların böyük hissəsinin xüsusi təhsil almadıqca bilməyəcəkləri bu məlumatları, şüursuz bir neçə atomun birləşməsindən ibarət olan albumin molekulu bilir və milyonlarla ildir ki, bütün insanların orqanizmində vəzifəsini mükəmməl şəkildə yerinə yetirir. Şübhəsiz ki, "bir atom qrupunun" belə şüur göstərə bilməsi, Allahın sonsuz qüdrəti və elmi ilə baş verir.
Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir. (Taha surəsi, 98)