1998-ci ildə Nobel fiziologiya və tibb mükafatını bölüşən üç elm adamı damarda ifraz olunan azot oksidi (NO) adlı molekulun genişləndirici xüsusiyyətə malik olduğunu kəşf etdilər. Bu molekul sayəsində damarların divar gərginliyi qaydaya salınır. Lakin azot oksidi bu işi tək başına yerinə yetirməz. O, damar divarlarının genişləndirilməsində vasitəçi kimi vəzifə yerinə yetirər.
Bu əməliyyat ardıcıllığının necə meydana gəldiyini daha yaxşı anlaya bilmək üçün yandakı sxemə nəzər yetirə bilərsiniz. Damarların genişlənməsi üçün əvvəlcə qanda olan bəzi xəbərdarlıq ötürən hormonlar fəaliyyətə keçərlər. Bunlar damar membranındakı reseptorlara bağlanaraq bu əməliyyatı başladarlar. Bunu ilk domino daşının düşməsiylə digər bütün daşların bir-birinə təsir göstərərək növbəylə düşməsinə bənzədə bilərik. İlk daş hərəkətə keçdikdən, yəni qandakı xəbərdarlıq ötürən hormon damar membranındakı reseptorlara bağlandıqdan dərhal sonra hüceyrə membranı nə etməli olduğunu "anlayar" və azot oksidi ifraz etməyə başlayar. İfraz olunduqları anda nə etməli olduqlarını "bilən" azot oksid molekullarından bəziləri sürətlə damarların saya əzələlərinin hüceyrələrinə gələrlər. Burada hüceyrələrə girərək QTF adlı fermentlə birləşərlər. Bu, ikinci mərhələdir. Lakin damarın genişlənməsi üçün növbəti mərhələyə keçilməlidir. Azot oksidi QTF ilə birləşdikdən sonra sQMF adlı bir başqa ferment ifraz olunmağa başlayar. Əlbəttə ki, ifraz olunan bu yeni maddənin də bu əməliyyat ardıcıllığında bir vəzifəsi var və bunu yerinə yetirmək üçün miozinə gedərək onu hərəkətə keçirər. Miozin, əzələ hüceyrələrinin yığılıb-boşalması üçün lazımi bir faktordur. Artıq son mərhələyə gəlinmişdir. Miozinin də hərəkətə keçməsiylə son daş da düşər və əzələ hüceyrələri genişlənər.
İndi bütün bu mərhələləri yenidən zehninizdə canlandırın. Diqqət yetirilsə, bu əməliyyatda rol alan hormon və hüceyrələr şüurlu şəkildə hərəkət edirlər. Qandakı xəbərdarlıq ötürən hormonlar damar membranında özləri üçün uyğun yerə gedərək, o yerə təsir göstərərlər və bu əməliyyatı başladarlar. Bundan sonrakı əməliyyatlarda da eyni şüur müşahidə edilir. Hər xəbərdarlıq, qapqaranlıq insan orqanizmi içində əsla yolunu azmadan, həmişə doğru yerə gedərək müvəffəqiyyətli nəticə əldə edər.
Bəs hüceyrələr, hormonlar və molekulların bu şüurlu hərəkətləri necə baş verir? Bu şüur özlərinə məxsus ola bilərmi? Əlbəttə ki, ola bilməz. Amma bir hüceyrənin nə vaxt, nə ifraz edəcəyini ona bildirən, hormonun və ya molekulun doğru ünvana gedə bilməsi üçün onlara yolu göstərən, ünvanın doğru olduğunu bildirən, bir sözlə, bütün bunları istiqamətləndirən ağla və şüura ehtiyac var. Bu sonsuz ağıl, hüceyrəni, hormonları, molekulları yaradan, necə hərəkət etməli olduqlarını onlara ilham edən Allaha məxsusdur.