Orqanizm toxumalarının qidalana bilmələri üçün lazım olan ən əhəmiyyətli maddələrdən biri oksigendir. Bundan ötrü də, toxumalara fasiləsiz surətdə kifayət miqdarda oksigen çatdırılmalıdır. Orqanizm içindəki mükəmməl sistemin ən əhəmiyyətli hissələrindən biri olan qan dövranı sistemi, bu oksigen daşıma vəzifəsini mükəmməl şəkildə yerinə yetirər. Toxumalardakı oksigen miqdarı azaldıqda, toxumaya gedən qan axınında dərhal avtomatik şəkildə nəzərə çarpan artım müşahidə olunar. Hətta lazımi vəziyyətlərdə, qan axımının yeddi dəfə artdığı məlumdur.
Bu sistemin hissələri, heç bir şüura, biliyə və ya qərar vermə mexanizminə sahib olmayan toxumalar, hüceyrələr, qan damarları, zülallardır. Elə isə, qan dövranı sisteminə toxumalardakı oksigen miqdarının azaldığını xəbər verən, ona qan axımını sürətləndirməsini əmr edən, təhlükə aradan qaldırıldıqda isə, qan axımını əvvəlki vəziyyətinə geri qaytaran bilik, ağıl və qərar vermə qabiliyyəti kimə məxusdur? Hansı hüceyrəyə hansı xəbərin çatdırılacağını müəyyənləşdirən, hüceyrələrin anlayacağı bir dillə bu mesajı çatdıran nədir? Və ya mesaj qəbul edən hüceyrələr, bu mesajı necə oxuyub anlayaraq gələn əmri icra edirlər? Bir hüceyrənin oxuma və anlama qabiliyyətinin olması qeyri-mümkündür. Bu mövzuda daha bir çox incəlik nəzərdən keçirilə bilər, lakin nəticə həmişə eyni olacaq: Orqanizmin içində, bu əməliyyatları yerinə yetirə biləcək, qandakı oksigen miqdarını tənzimləyə biləcək şüur yoxdur. İnsanın özü belə, çox vaxt belə bir mexanizmin varlığından xəbərsiz yaşayır.
Kainatda mövcud olan canlı və cansız bütün varlıqlar kimi orqanizmimizdəki bütün strukturlar və sistemlər də Allahın əmriylə hərəkət edərlər. Bütün canlıların orqanizmlərində, orqanlarından hüceyrələrinə, zülallarından molekullarına qədər hər zərrələrində görülən şüur, Allahın yaratmasının bir əsəridir.
O, Yaradan, (ən gözəl biçimdə) mükəmməl var edən, forma və surət verən Allahdır. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)