Gün ərzində tez-tez "təzyiqim düşdü" və ya "təzyiqim qalxdı!" sözləriylə qarşılaşarıq. Lakin təzyiqinizi tənzimləmə vəzifəsinin böyrəklərinizə məxsus olduğunu, bəlkə də, heç biriniz bilmirsiniz.

Böyrəklər insan orqanizmindəki bir çox vəzifələriylə yanaşı qan təzyiqini, yəni təzyiqi nizamlama vəzifəsini də boynuna götürərlər. Qan təzyiqini müəyyənləşdirən ən əhəmiyyətli faktorlardan biri damarların içindəki maye miqdarıdır. Damarların içindəki maye nə qədər çox olsa təzyiq də o qədər yüksələr və orqanizmdəki bütün orqanlara zərər verər.
Orqanizm, damarlardakı artıq mayeni ürəyin ön kameralarına yerləşdirilmiş reseptorlar sayəsində qəbul edər. Ürəyin, içinə daxil olan yüksək miqdardakı maye ilə gərilməsi nəticəsində ürəkdəki reseptorlar beynə vəziyyətlə əlaqədar siqnallar göndərərlər. Beyin isə bunun müqabilində, böyrəyə gedən damarları nizamlayaraq qanın süzülməsini artırar. Yüksək təzyiq, yəni damarlardakı maye miqdarının artması, insan üçün olduqca təhlükəli vəziyyət meydana gətirər. Əgər bir tədbir alınmasa nəticə ölüm olar. Artan qan təzyiqi ürəyin daha çox gərilməsinə səbəb olar. Bu gərilmə nəticəsində əzələ liflərinin də araları açılar və liflərin içinə həbs edilmiş mesaj molekulları sərbəst qalaraq qana qarışar. Sonra isə, bu mesaj qan yoluyla böyrəklərə çatar. Buna bağlı olaraq, orqanizmdən kənarlaşdırılan maye miqdarı da artar. Beləliklə də, qan təzyiqi normal səviyyəyə enər və ürək sağlam halda döyünməyə davam edər.

Qan təzyiqinin tənzimlənməsində böyrəyin sahib olduğu rol bununla da bitməz. Təzyiq aşağı olduqda isə, böyrəkdə çox xüsusi quruluşa malik bir hüceyrə olan YQA-dan "renin" adlı bir maddə ifraz olunar. Lakin bu maddə bilavasitə təzyiqi yüksəldə bilməz. Bu maddə ifraz olunduğu yerdən olduqca fərqli bir yerdən, qaraciyərdən ifraz olunan "angiotenzin" adlı bir molekulla birləşərək "angiotenzin-1" molekuluna çevrilər. Ancaq bu yaranan hormonların da təzyiq üzərində çox ciddi təsiri yoxdur. Qan dövranında iştirak edən bu hormon daha sonra yenə fərqli bir orqanda, ağciyərdə olan "AÇF" adlı və yalnız "angiotenzin-1" molekulunu parçalamağa yarayan bir ferment vasitəsilə daha fərqli bir molekul olan "angiotenzin-2" molekuluna çevrilər.

Məhz damarlar üzərində təsir göstərib təzyiqi normal səviyyəyə yüksəldəcək əsl hormon da son mərhələdə əmələ gətirilən bu molekuldur. Bu molekul meydana gəlməsə, özündən əvvəl ifraz olunmuş heç bir hormonun təzyiq üzərində bir təsiri olmayacaq. Angiotenzin-2 molekulu yenə yalnız özüylə birləşmək üçün damar səthində yerləşən reseptorlarla birləşdikdən sonra damarların büzülməsini və təzyiqin yüksəlməsini təmin edər.

Burada diqqət yetirilməli olan ən əhəmiyyətli xüsus, bu maddələrin təsirlərinin bir-birlərindən asılı olmasıdır. Birinin olmaması digərinin də olmaması deməkdir. Belə olan halda, tək bir mərhələsinin belə təsadüflərlə meydana gəlməsi mümkün olmayan belə bir sistemin bütün hissələrinin eyni anda, eyni orqanizmdə təsadüflərlə meydana gəlməsi qeyri-mümkündür. Təsadüflərin böyrəklərə anlama qabiliyyətini, tədbir görmək üçün lazımi qərar vermə səlahiyyətini qazandıra bilməyəcəyi isə, danılmazdır. Bütün bu təfərrüatlı strukturların eyni anda mövcud olması, onların Allah tərəfindən yaradılmış olduqlarının açıq göstəricisidir.