Orqanizmimizdəki bütün hüceyrələr bölünərək çoxalır. Bölünmə əsnasında hüceyrə nüvəsindəki DNT-nin də surəti çıxarılmalıdır. Bu əməliyyat isə, insanı heyrətləndirəcək qədər mükəmməl təşkilatlanma, nizam-intizam içində reallaşar.
İçində 3 milyard hərfdən ibarət olan bir məlumat bankının olduğu DNT molekulu, spiral formalı bir nərdivana bənzəyir. Surət çıxartma əməliyyatı başladıqda əvvəlcə "DNT helikaz" adlı ferment hadisə yerinə gələr və DNT-nin spiral formasını qıfılı açar kimi açmağa başlayar. Bunun nəticəsində DNT-nin spiral formasında bir-birinə dolanmış qolları ayrılar. "DNT helikaz" həmişə tam vaxtında öz vəzifəsini yerinə yetirməyə başlayar və vəzifəsini mükəmməl, xətasız şəkildə, ən kiçik bir səhvliyə yol vermədən və DNT-yə heç bir zərər vermədən yerinə yetirər.
İndi növbə "DNT polimeraza" fermentindədir. Bu fermentin vəzifəsi isə, DNT-nin iki hissəyə ayrılan qollarını, ikinci bir qolla tamamlamaqdır. Bunun üçün DNT-nin bir qolunu meydana gətirən hər məlumatın qarşısına uyğun məlumatı tapıb gətirər. Diqqət yetirin! Atomlardan meydana gəlmiş, heç bir biliyi, şüuru və ağlı olması gözlənilməyən bir ferment, DNT-nin yarımçıq qolunu tamamlamaq üçün lazımi məlumatları müəyyənləşdirir, onları daha sonra hüceyrə içindəki əlaqədar yerlərdən əldə edərək yerlərinə yerləşdirir. Bu əməliyyat əsnasında ən kiçik bir səhvə yol vermir, 3 milyard hərfi ən doğru şəkildə ayrı-ayrılıqda müəyyənləşdirərək tamamlayır. Eyni vaxtda başqa bir polimeraza fermenti də, DNT-nin digər yarısını bənzər şəkildə tamamlayır. Bütün bunlar olub bitərkən, DNT sprilalının ayrılan iki hissəsinin bir-birinə dolanmaması üçün "spiral-sabitləşdirən” fermentlər DNT-ni uc hissələrindən tutub saxlayar.
Görüldüyü kimi, DNT-nin surətinin çıxarılması vaxtı, bir çox ferment, hərbi nizam-intizam içində, bilik və ağıldan istifadəni tələb edən əməliyyatlar yerinə yetirər. Sizin əlinizə 3 milyard hərfdən ibarət bir mətn verilsə və bunun surətini çıxarmağınız tələb olunsa, bu əməliyyatı tək bir səhvə yol vermədən tamamlamağınız mümkün olmazdı. Mütləq bir yerdə bir səhv edər, sətir və ya heç olmasa hərf səhvinə yol verərdiniz. Ancaq, bu fermentlər belə bir səhvə yol vermədən əməliyyatlarını tamamlayarlar.
Darvinistlər isə, bütün bu fermentlərin, DNT-dəki milyardlarla hərfdən ibarət olan məlumatın, DNT-nin surətinin çıxarılması əməliyyatının, bu mükəmməl proseslərin təsadüfən baş verdiyini iddia edərlər. Təkamülçülərin belə inanılması qeyri-mümkün bir fərziyyəyə inanmaları, üzərində dayanılmalı olan böyük hadisə, hətta bir möcüzədir. Təkamülçülərin bu qədər məntiqsiz iddialara kor-koranə inanmalarının tək səbəbi, materializmə olan bağlılıqları və Allahın varlığını inkar etmə mövzusundakı qətiyyətləridir.