Böyrəklərimiz həyatımız boyu orqanizmimizdə dövr edən qanı təmizləyərlər. Süzdükləri maddənin bir hissəsini orqanizmə geri qaytarar, qalanını isə, yararsız olduğu üçün orqanizmdən kənarlaşdırarlar. Görəsən böyrəklərin, zülalı, ürəyi, natriumu, qlükozanı və digərlərini necə bir-birindən ayırd etdiyini bilirsinizmi?

Böyrəklərdə gələn qandakı maddələri süzən yer "yumaqcıq" adlandırılan kapilyar damarlardan ibarət yumaq formasındakı bir strukturdur. Buradakı kapilyar damarların, orqanizmi əhatə edən digər kapilyar damarlardan fərqi üç təbəqəylə sarılmış olmasıdır. Məhz bu üç təbəqə böyük diqqətlə, böyrəklərdə hansı maddənin süzülüb atılacağına hansının yenidən qana qarışacağına qərar verər. Ancaq oxuduğunuz bu cümlədəki əhəmiyyətli bir incəliyə diqqət yetirin. Bir hüceyrə membranı nəyi meyar qəbul edərək və hansı mexanizmlə özünə gələn mayedəki bütün maddələri ayrı-ayrılıqda müəyyənləşdirib, hansı yerə getməli olduqlarına qərar verər? Böyrəyə gələn qanda qlükoza, bikarbonat, natrium, xlor, sidik cövhəri və kreatin kimi bir çox maddə var. Böyrək bu maddələrin bir hissəsini, bir hissəsinin bir hissəsini orqanizmdən atdığı halda, bir hissəsini də tamamilə qana qaytarar. Bir ət parçası bu maddələrin hansını orqanizmdən nə qədər atacağına necə qərar verə bilir? Bu sualların cavabı, bu ət parçasının mükəmməl yaradılmış olmasındadır.

Yumaqcıqların seçiciliyi mayedəki molekulların elektrik yüklərindən və böyüklüklərindən asılı olaraq müəyyənləşdirilər. Bu o deməkdir ki, yumaqcıqlar, mayedə qarışıq halda olan natriumla qlükozanın molekul kütləsini hesablama və zülalların mənfi elektrik yüklü olduqlarını müəyyənləşdirmə qabiliyyətinə malikdirlər. Beləliklə də, orqanizm üçün həyati əhəmiyyətə malik olan zülalların orqanizmdən kənarlaşdırılmayıb, təkrar geri qaytarılması təmin edilmiş olar.

Bəs sizcə kapilyar damarlardan ibarət olan bir struktur olan yumaqcıqlar, nə kimya, nə fizika, nə də biologiya təhsili almalarına baxmayaraq, belə üstün qabiliyyətə necə sahib ola bilirlər? Yumaqcıqlar bu qabiliyyətə sahibdirlər və vəzifələrini mükəmməl şəkildə yerinə yetirirlər, çünki özlərini yaradan Allahın ilhamıyla hərəkət edirlər. Süzdükləri heç bir maddəni təsadüfi olaraq seçməzlər. Əgər belə etsəydilər, bu şüursuz varlıqlar doğru molekulu tapana qədər orqanizmimizin sağlam şəkildə varlığını davam etdirməsi mümkün olmazdı. Bütün bunlar, Allahın mükəmməl yaratmasının dəlillərindən biridir.