Əgər ehtiyacınızdan bir qədər artıq şəkərli qida yesəniz, orqanizminizdəki bir sistem qandakı şəkər nisbətinin yüksəlməsinə mane olmaq üçün fəaliyyətə keçər:

1) Əvvəlcə mədəaltı vəzi hüceyrələri, qan mayesindəki yüzlərlə molekul arasından şəkər molekullarını tapar və digərlərindən ayırd edərlər. Bundan savayı, bu molekulların sayının çox və ya az olduğuna qərar verər, sanki şəkər molekullarını sayarlar. Gözü, beyni, əlləri olmayan, gözlə görə bilməyəcəyimiz kiçiklikdəki hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının vəziyyəti haqqında fikir sahibi olması, üzərində düşünülməli bir mövzudur.
2) Əgər mədəaltı vəzi hüceyrələri qanda normadan artıq şəkər olduğunu müəyyənləşdirsələr, bu çox şəkərin ehtiyyat halında toplanmasına qərar verərlər. Ancaq bu işi özləri görməz, özlərindən çox uzaqda yerləşən başqa hüceyrələrə etdirərlər.
3) Uzaqdakı bu hüceyrələr özlərinə əks bir əmr gəlmədiyi müddətcə şəkəri ehtiyyat halında saxlamaq istəməzlər. Lakin mədəaltı vəzi hüceyrələri, bu hüceyrələrə "şəkəri ehtiyyat halında toplamağa başlayın" əmrini daşıyacaq bir hormon göndərər. "İnsulin" adlı bu hormonun formulu, mədəaltı vəzi hüceyrələri ilk meydana gəldikləri andan etibarən DNT-lərində qeyd olunmuşdur.
4) Mədəaltı vəzi hüceyrələrindəki xüsusi "fermentlər" (işçi zülallar) bu formulu oxuyarlar. Oxunan formul əsasında isə, insulin ifraz edərlər. Bu ifraz prosesində hər biri fərqli vəzifələr yerinə yetirən yüzlərlə ferment işləyər.
5) İfraz olunan insulin hormonu, ən etibarlı və ən sürətli nəqliyyat şəbəkəsi olan qan yoluyla hədəf hüceyrələrə çatdırılar.
6) İnsulin hormonunda yazılmış "şəkəri ehtiyyat halında toplayın" əmrini oxuyan digər hüceyrələr isə, bu əmrə qeyd-şərtsiz itaət edərlər. Şəkər molekullarının hüceyrələrin içinə keçməsini təmin edəcək qapılar açılar.
7) Lakin bu qapılar hər şey üçün açılmaz. Şəkəri ehtiyyat halında toplayan hüceyrələr qandakı yüzlərlə fərqli molekul arasından təkcə şəkər molekullarını ayırd edər, tutar və öz içlərinə həbs edərlər.
8) Hüceyrələr özlərinə çatan əmrə heç vaxt itaətsizlik etməzlər. Bu əmri səhv anlamaz, səhv maddələri tutmağa, şəkəri normadan artıq ehtiyyat halında toplamağa çalışmazlar. Böyük intizam və fədakarlıq ilə çalışarlar.

Beləliklə də, çox şəkərli bir çay içdiyiniz vaxt, bu fövqəladə sistem fəaliyyətə keçər və artıq şəkəri orqanizminizdə ehtiyyat halında toplayarlar. Əgər bu sistem işləməsəydi, o zaman qanınızdakı şəkər miqdarı sürətlə yüksələr və komaya girərək ölərdiniz. Bu o qədər mükəmməl bir sistemdir ki, lazım gəldikdə tərsinə də çalışa bilər. Əgər qandakı şəkər normadan aşağı ensə, bu dəfə mədəaltı vəzi hüceyrələri tam fərqli bir hormon olan "qlükaqon"u ifraz edərlər. Qlükaqon daha əvvəl şəkəri ehtiyyat halında toplayan hüceyrələrə bu dəfə "qana şəkər qarışdırın" əmrini daşıyar. Bu əmrə də itaət edən hüceyrələr ehtiyyat halında topladıqları şəkəri geri buraxarlar.

Beynə, sinir sisteminə, gözə, qulağa sahib olmayan hüceyrələr, bu cür böyük hesablamaları və işləri mükəmməl şəkildə icra etməyi necə bacarırlar? Necə ola bilər ki, zülalların və yağ molekullarının birləşməsi nəticəsində yaranan bu şüursuz varlıqlar, insanların belə görə bilməyəcəkləri qədər böyük işlər görə bilərlər. Şüursuz molekulların göstərdikləri bu böyük şüurun mənbəyi nədir? Əlbəttə ki, bu hadisələr, bizə bütün kainata və bütün canlılara hakim olan Allahın varlığını və qüdrətini göstərir.