Mədədən bağırsaqlara gələn həzm edilmiş qidaların içində güclü turşular var. Bu vəziyyət on iki barmaq bağırsaq üçün ciddi təhlükə meydana gətirər. Çünki on iki barmaq bağırsağın mədə kimi özünü qoruya biləcək xüsusi bir təbəqəsi yoxdur.

O zaman on iki barmaq bağırsaq bu turşulardan necə zərər görmür? Bu sualın cavabını tapmaq üçün həzm prosesi vaxtı baş verən hadisələri araşdırdığımızda, orqanizmimizdə baş verən heyrətamiz hadisələrlə qarşılaşarıq.

Onikibarmaq bağırsağa mədədən qidalarla birlikdə gələn turşuların nisbəti təhlükəli həddə çatdıqda, bağırsağın divarındakı hüceyrələrdən "sekretin" adlı bir hormon ifraz olunmağa başlayar. Onikibarmaq bağırsağı qoruyan bu sekretin hormonu nazik bağırsağın divarındakı hüceyrələrdə "prosekretin" halında olar. Bu hormon həzm edilmiş qidaların turşu təsiri nəticəsində başqa bir kimyəvi maddə olan sekretinə çevrilər.

Sekretin hormonu qana qarışaraq mədəaltı vəzə gələr və ferment ifraz etməsi üçün mədəaltı vəzi köməyə çağırar. Onikibarmaq bağırsağın təhlükədə olduğunu sekretin hormonu vasitəsilə öyrənən mədəaltı vəzi, "bikarbonat" molekullarını bu yerə göndərər. Bu molekullar mədə turşusunu təsirsiz hala gətirər və onikibarmaq bağırsağı qoruyarlar.
İnsan həyatı üçün əhəmiyyətli olan bu əməliyyatlar necə baş verir? Bağırsaq hüceyrələrinin ehtiyacları olan maddənin mədəaltı vəzdə olduğunu və mədəaltı vəzi hərəkətə keçirəcək maddənin formulunu bilmələri, eləcə də, mədəaltı vəzin də bağırsaqdan gələn mesajı anlayaraq bikarbonat molekullarını ifraz etməyə başlaması möcüzəvi əməliyyatlardır.
Burada bağırsaq hüceyrələri üçün işlədilən "bilmək, xəbərdar olmaq" kimi fellər insan orqanizmində baş verən hadisələri daha yaxşı vurğulamaq üçün istifadə edilir. Yoxsa ağıl sahibi hər insanın da dərk edəcəyi kimi bir hüceyrənin düşünməsi, iradəyə sahib olması və qərarlar verməsi, başqa bir orqanın xüsusiyyətlərindən xəbərdar olması, formullar əmələ gətirə bilməsi qeyri-mümkündür.

Hüceyrələri bu xüsusiyyətlərlə birlikdə yaradan bənzərsiz bir elmin sahibi olan Allahdır. Allah insanlara öz orqanizmlərində yaratdığı bu kimi xüsusiyyətlərlə gücünün sonsuzluğunu göstərir.