B12 vitamini həyatın davamı üçün çox əhəmiyyətli bir vitamindir, çünki qan istehsalında istifadə edilər. Çatışmadıqda ölümlə nəticələnən qansızlıq meydana gələr. Ancaq bu vitamin orqanizm içində təklikdə istifadə edilə bilməz. Məhz buna görə də, mədənin selikli qişası qan istehsalında əhəmiyyətli bir vəzifəsi olan B12 vitamininin sorulmasını təmin edən xüsusi bir maddə ifraz edər. Nazik bağırsağın çox xüsusi bir hissəsində isə, yalnız B12 vitaminini sormaq üçün dizayn olunmuş hüceyrələr var. Burada dayanıb düşünək. Qan, bir çox mürəkkəb əməliyyat nəticəsində, əsasən sümük iliyində hazırlanılar. Ancaq sümük iliyi mədədən çox uzaqda yerləşən bir strukturdur. Sümük iliyində ehtiyac duyulan bir vitaminin istifadə edilməsi, mədə hüceyrələrinin ifraz etdiyi bir maddəyə necə bağlı ola bilər? Həmçinin bu vitaminin sorulması vəzifəsini, nazik bağırsağın bir hissəsində yerləşən müəyyən saydakı hüceyrə necə boynuna götürmüşdür?
Bunun üçün mədə hüceyrələri də, nazik bağırsağın əlaqədar hissəsindəki hüceyrələr də məlumat sahibi olmalıdırlar. Özlərindən çox uzaqda reallaşan qanın hazırlanma prosesi barədə bütün incəlikləri bilməlidirlər. Eyni zamanda bunun orqanizm üçün əhəmiyyətini də bilməlidirlər. Bir sözlə, orqanizminizin içindəki qapqaranlıq yerlərdə insanın öyrəndikdə heyrətləndiyi sistemlər vəzifə yerinə yetirir, hüceyrələr arasında olduqca şüurlu əməliyyatlar həyata keçirilir.
Şübhəsiz ki, bu kəskin şüur və mükəmməl işləyiş həmin bu hüceyrələrin nəzarətiylə reallaşa bilməz. B12 vitaminini də, onu istifadəyə yararlı hala gətirəcək məlumata sahib hüceyrələri də yaradan, göylərin və yerin Rəbbi olan Allahdır.