Əgər müntəzəm nəfəs alıb-vermə əməliyyatı bizim nəzarətimizə və diqqətimizə verilmiş olsaydı, nəfəs almağı unutduğumuzda, yuxuya getdiyimizdə və ya başqa bir işlə məşğul olduğumuzda havasızlıqdan ölə bilərdik.

Hər insan üçün həyati əhəmiyyətə sahib olan nəfəs alma əməliyyatı, tənəffüs mərkəzi tərəfindən həyata keçirilər. Bu mərkəz bir mərcimək dənəsi böyüklüyündə olub beynimizin davamı olan "beyinsapı" adlanan yerdədir və başlıca üç qrup sinir hüceyrəsindən ibarətdir:

Birinci qrup hüceyrələr, tənəffüsün təməl ritmini müəyyənləşdirərlər və içimizə hava çəkməyimiz üçün əmr verərlər. Beləliklə də, ehtiyacımız olan havanı içimizə çəkmiş olarıq.
İkinci qrup hüceyrələr isə, tənəffüs prosesinin sürətini və gedişatını müəyyənləşdirərlər. Lakin ikinci qrup hüceyrələr fəaliyyətə keçdikdə, birinci qrup hüceyrələrin fəaliyyətini bir siqnalla dayandırarlar. Beləliklə də, ağciyərin hava dolu hissəsinə nəzarət edilər və nəfəs alıb-verməyimiz sürətlənər.

Üçüncü qrup hüceyrələr isə, normal tənəffüs prosesində aktiv deyildirlər. Ancaq tez-tez nəfəs alıb-vermək lazım gəldikdə fəaliyyətə keçərlər, qarın əzələlərimizə siqnal göndərib tənəffüs prosesinə qoşulmalarını təmin edərlər.

Bütün bu qeyd olunanlar yaşamağımız üçün kifayətdirmi? Xeyr.
Tənəffüs prosesinə kimyəvi cəhətdən də nəzarət edilər. Bizim nəfəs alıb verməyimizin məqsədi qandakı oksigen və karbon miqdarının müəyyən nisbətdə qalmasıdır. Bu nisbətdəki dəyişikliklər isə, tənəffüs mərkəzindəki bir qrup hüceyrəni hərəkətə keçirər və pozulan tənəffüs prosesi normal vəziyyətə qaytarılar.

Qandakı oksigen miqdarının tənəffüs mərkəzinə bilavasitə təsiri yoxdur. O zaman qanda dəyişən oksigen miqdarından necə xəbərdar olur? Burada bir qrup daha fəaliyyətə keçərək möcüzəvi şüur göstərirlər. Beyindən kənarda, şahdamar kimi bəzi böyük damarlarda yerləşən çox həssas reseptorlar, qandakı oksigen miqdarı müəyyən səviyyədən aşağı endikdə tənəffüs mərkəzinə siqnallar göndərərlər. Beləliklə də, çox həssas dəyişikliklərlə tənəffüs prosesində lazımi düzəlişlər edilər.
Yaşamağımız üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir?

Elmin ancaq son 20 ildə ortaya çıxartdığı bu ağlasığmaz mexanizmdən hüceyrələr ilk insandan indiyədək necə istifadə edirlər?
Üstəlik, bu mexanizm o qədər həssasdır ki, həyatımız boyu oturarkən, qaçarkən və ya yatarkən heç səhv edilməz və orqanizmimizdəki 100 trilyon hüceyrəyə hər an tam ehtiyacı olan oksigen daşınar, zərərli olan karbon 4 oksid və hidrogen ionu kimi tullantılar isə dərhal kənarlaşdırılar.

Təkamül nəzəriyyəsinə, fanatik inancla bağlı olan bəzi elm adamları, bütün bu həqiqətləri bildikləri halda, təkcə materializmə olan bağlılıqları naminə, bu mükəmməlliyin kortəbii təsadüflər tərəfindən meydana gətirildiyini iddia edərlər. Halbuki bu mükəmməl nizamın Yaradıcısının sonsuz ağıl sahibi olan Allah olduğu açıq-aydındır.