Yediyimiz qidalarla, tənəffüs etdiyimiz havayla və daha bir çox yoldan orqanizmimizə gözlə görülə bilməyən bir çox bakteriya daxil olar. Orqanizmin fəaliyyət sistemini pozmamaları üçün bunlardan zərərli olanlar təsirsiz hala gətirilməlidirlər. Bunun üçün orqanizmimizdə vəzifəsi, yalnız "müdafiə etmək" olan mükəmməl yaddaşla təchiz edilmiş hüceyrələr var. Ancaq orqanizmimizin mükəmməl dizaynının bir nümunəsi olaraq müdafiə üçün müxtəlif əlavə tədbirlər də alınmışdır. Bunlardan biri də qan dövranı sistemi içində strateji bir dayanacaq kimi xarakterizə edilə biləcək qaraciyərdə yerləşən müdafiə hüceyrələridir.

Kupfer hüceyrələri olaraq adlandırılan bu hüceyrələr, qan dövranıyla bağırsaqlardan qaraciyərə gələn qandakı zərərli bakteriyaları 0,01 saniyədən daha qısa müddət ərzində həzm edərək, təsirsiz hala gətirərlər. Bu şüursuz hüceyrələr orqanizmə girən çox saydakı bakteriya arasından, insana faydalı olanlarla zərərli olanları necə bir-birindən ayırd edə bilirlər? Necə olub da, hansı xüsusiyyətlərə sahib olduqlarını və orqanizmdə yerinə yetirəcəkləri vəzifələri bilmədən, bəzi bakteriyaları məhv edib, digərlərinə heç bir zərər vermirlər?
Burada üzərində dayanılıb, diqqətli düşünülməli olan əhəmiyyətli bir nöqtə daha var; kupfer hüceyrələrinin qaraciyərə yerləşmiş olması. Niyə orqanizmin başqa bir orqanı deyil, məhz qaraciyər? Məhz burada yenidən orqanizmimizdəki mükəmməl yaradılış dəlillərindən biri qarşımıza çıxır. Əgər bu hüceyrələr qaraciyərə deyil, başqa bir orqana yerləşdirilmiş olsaydılar qanın, bakteriyalardan təmizlənilməsində bu qədər təsirli ola bilməzdilər. Çünki bakteriyalarla dolu qan, qaraciyərdə təmizləndikdən sonra bütün orqanizmi dolanmaq üçün ümumi qan dövranına daxil olur. Bundan ötrü də, ümumi qan dövranına çatmağı bacaran bakteriya sayı yüzdə birdən azdır.

Sizcə hansı kortəbii təsadüf orqanizmdə daha bir çox orqan olduğu halda, kupfer hüceyrələrinin qaraciyərə yerləşməsini təmin edə bilər? Təxminən yüz trilyon hüceyrədən ibarət olan bir orqanizmdə, hər hansı bir hüceyrənin özü üçün xüsusi bir yer müəyyənləşdirərək oraya yerləşəcək bir şüura sahib olması qeyri-mümkündür. Belə mükəmməl bir plan üçün, çox üstün bir ağlın varlığına ehtiyac var. Bu ağıl, orqanizmimizdəki hər nöqtəni ən yaxşı bilən və buna uyğun şəkildə bizi yoxdan yaradan Allaha aiddir.