Canlı orqanizmindəki lazımsız, xətalı və ya xəstə hüceyrələr özlərini öldürərlər. Bir çox hüceyrə özünü yox etmək üçün bəzi zülallar meydana gətirərlər. Lakin hüceyrə orqanizmə faydalı olduğu müddətcə bu zülalı, yəni öz ölüm maşınının istehsalını dayandırar. Hüceyrə xəstələnər, bədxassəli hala çevrilər və ya orqanizmin sağlamlığını təhdid etməyə başlayarsa öldürücü zülallar sərbəst qalar, aktivləşər və hüceyrəni öldürərlər.

Hüceyrənin tam vaxtında və yerində qərar verməsi çox əhəmiyyətlidir. Əks halda, yəni ölüm zülalları, hüceyrə sağlam olduğu halda, hərəkətə keçirildikdə, orqanizmdəki sağlam hüceyrələr dayanmadan öləcək və bu da, canlının ölümü ilə nəticələnəcək. Zərərli və xəstə hüceyrələrin yaşamağa davam etmələri isə, yenə canlının ölümü ilə nəticələnə biləcək.
İntihar etməyə qərar verən və ölüm zülalını aktivləşdirən hüceyrə əvvəlcə büzülər və özünü ətrafından geri çəkər. Sonra səthində qabarcıqlar meydana gələr və bu hüceyrə qaynayırmış kimi bir görünüş meydana gətirər. Sonra hüceyrə nüvəsi və daha sonra isə bütün hüceyrə hissələrə ayrılar.

İntihar edən hüceyrələrin artıqları isə, dərhal ətrafdakı digər hüceyrələr tərəfindən yox edilər. Daha da maraqlı isə, ölü hüceyrələrin hamısının digər hüceyrələr tərəfindən yox edilməməsidir. Bəzi ölü hüceyrələr xüsusi olaraq yox edilməz, çünki bunların orqanizmdəki vəzifələri hələ bitməmişdir. Məsələn, göz bülluru, dəri, dırnaq kimi toxumalar da ölü hüceyrələrdən meydana gələr, amma bunlar orqanizm üçün lazımi olduğu üçün yox edilməzlər. Hüceyrələrin, hansı ölü hüceyrələri yox edərək hansılarını yox etməyəcəklərinə qərar vermələri və bu qərara orqanizmdəki trilyonlarla hüceyrənin tabe olması üzərində düşünülməli olan çox əhəmiyyətli bir mövzudur.

Bir hüceyrəyə belə mühüm bir qərarı verəcək və tətbiq edəcək şüuru qazandıran kimdir? Hansı vəziyyətdə içində olduğu orqanizmə zərər verəcəyini öyrədən kimdir? Eləc də, bu zərərin qarşısını almağı bu mikroskopik canlıya ilham edən güc kimə məxsusdur?

Burada qeyd olunanlardan görüldüyü kimi, bütün hüceyrələr, canlının yaşaya bilməsi üçün ən ideal şəkildə proqramlaşdırılmışdır. O zaman bu proqramın sahibi kimdir?

Təkamülçülər bu fövqəladə proqramın sahibinin şüursuz, kortəbii təsadüflər olduğuna inanacaq qədər korlaşıblar. Canlılardakı hər təfərrüatda Allahın bənzərsiz yaratması və sonsuz elmi açıq şəkildə əks olunur.