Tam təşəkküllü, son texnologiya ilə təchiz edilmiş bir laboratoriyanın öz-özünə meydana gələ biləcəyini heç kəs iddia etməz. Amma təkamülçülər qaraciyərdə yerləşən bənzərsiz laboratoriya kompleksinin öz-özünə meydana gəldiyinə inanar və bunu dəlil olmadan müdafiə edərlər. Çünki darvinizm insanların ağlını yox edən bir cadu, batil bir dindir.
Qaraciyərinizin tək bir hüceyrəsində 500 fərqli kimyəvi əməliyyat həyata keçirilər. Millisaniyələr (saniyənin mində bir hissəsi) ərzində mükəmməl mərhələlərlə reallaşan bu əməliyyatların əksəriyyəti laboratoriya şərtlərində hələ də təqlid edilə bilmir. Qaraciyər hüceyrələri, yediyimiz qidaların hamısını hüceyrələrimizin istifadə edə biləcəyi enerji olan şəkərə, yəni qlükozaya çevirərlər. İstifadə edilməyən şəkəri yağa çevirib ehtiyyat halında saxlayarlar. Şəkər çatışmadıqda isə zülalları və yağları şəkərə çevirib hüceyrələrə verərlər.
Bir sözlə, biz, canımızın istədiyi hər növ yeməyi yeyərkən, qaraciyər bütün bu yeməkləri orqanizmimizin ehtiyacına uyğun istifadə edər, çevirər və ya ehtiyyat halında saxlayar. Eləcə də, ilk insandan indiyədək trilyonlarla qaraciyər hüceyrəsi eyni şüur və biliklə tamamilə xətasız hərəkət edir.