Holci cisimciyi bütün hüceyrələrdə var və yeni sintez edilən zülalların hazırlanmasında və növlərinin seçimi və ayrılmasında əhəmiyyətli rol oynayar.

Hüceyrənin müxtəlif hissələrində olan çox müxtəlif zülallar hüceyrənin başqa bir hissəsi olan endoplazmik şəbəkədə sintez edilərlər. Zülallar sintez edildikdən dəqiqələr sonra endoplazmik şəbəkədən ayrılıb holci cisimciyinə gedərlər. Zülalların yaradıldıqdan sonra bu əməliyyatlardan keçmələrinin çox əhəmiyyətli səbəbləri var. Holci cisimciyində zülallar müxtəlif dəyişikliklərə məruz qalarlar. Məsələn, bəzilərinə karbonhidrat, bəzilərinə isə sulfat, fosfat və yağ turşuları əlavə olunar. Bu dəyişikliklər zülalların növünə və gedəcəkləri yerə görə dəyişər. Holci cisimciyi bu zülalları təmizləyər, növlərinə və gedəcəkləri orqana görə ayırar və paketləyər. Bu paketləri də özü hüceyrənin növünə görə emal edər. Lakin endoplazmatik şəbəkədə sintez edilən minlərlə zülalın biokimyəvi fəaliyyətlərinin bir-birinə qarışmaması üçün bu əməliyyatlar çox həssas şəkildə yerinə yetirilməli və zülallar gedəcəkləri yerə görə istiqamətləndirilməlidirlər. Hüceyrədəki bu nəqliyyat hərkətini tənzimləyən holci cisimciyidir. Bu kiçik orqanoid apardığı hər əməliyyatda çox böyük şüur göstərir. Özünə gələn zülalları tanıyır, ayırır, ehtiyaclarını müəyyənləşdirir, ehtiyaclarına görə istehsal edir, vəzifələrini müəyyənləşdirir, onları paketləşdirir və bu qədər sıx nəqliyyat hərəkətini tıxac yaranmadan tənzimləyir. Hüceyrəyə və hüceyrəni meydana gətirən bütün hissələrə bu ağlı, qərar vermə və tətbiq etmə qabiliyyətini ilham edən aləmlərin Rəbbi olan Allahdır.