Mövzular

Giriş

Təkamül nəzəriyyəsi ingilis təbiətşünas alim Çarlz Darvin tərəfindən 19-cu əsrin ortalarında ortaya atıldı. O dövrün bu günlə müqayisədə ən nəzərə çarpan xüsusiyyəti isə, elm və texnologiya səviyyəsinin olduqca aşağı olması idi.

19-cu əsrin elm adamları sadə laboratoriyalarda, olduqca primitiv vəsaitlərlə işləyirdi. İşlətdikləri vəsaitlərlə bakteriyaların varlığını görmələri qeyri-mümkün idi. Orta əsrlərdən bəri hökm sürən bir çox batil inanc, elm adamlarını hələ də öz təsiri altında saxlayırdı. Bu batil inanclardan biri, canlıların təməldə sadə quruluşa sahib olduğu düşüncəsi idi.

Davamı

Adnan Oktar deyir ki ...

  • Yaradılışı müdafiə etmək “mütərəqqilik”dir. Paleontologiya elmindən istifadə edərək, fosillərin dəyişmədiyini, canlıların təkamül keçirmədiyini sübut edirik. Darvinin dövründə mikroskoplar çox sadə idi. Darvin hüceyrə barədə “su dolu kiçik şar” deyirdi, halbuki hüceyrə şəhər kimi çox mürəkkəb quruluşdadır.

    A9 TV; 17 yanvar 2017
  • Hüceyrədə heyranedici xüsusiyyətlər var, lakin insanların çoxu çox az düşünə bilir. İnsan ən çoxu bir və ya iki mövzunu yadda saxlaya bilər. Hüceyrənin daxili ucsuz-bucaqsız bir kainat kimidir və möhtəşəm dərəcədə kompleksdir. Hüceyrənin təfərrüatlarının öyrənilməsi dinsizliyə ən böyük zərbə oldu.

    A9 TV; 24 sentyabr 2016
  • Hüceyrə barəsində məlumatı olmayan bəzi insanlar təkamülün ola biləcəyini düşünür. Halbuki hüceyrəni, zülalın quruluşunu nəzərdən keçirsə, təkamülün texniki cəhətdən qeyri-mümkün olduğunu görər.

    A9 TV; 20 may 2016
  • Hüceyrəyə daxil olan İstanbul şəhərinə girmiş kimi olur. O qədər əhatəlidir. Sırf tək bir hüceyrədən belə Allahın varlığını qəti şəkildə anlayarsan.

    A9 TV; 1 mart 2016